Skip to content
24 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Aprel
  • 24
  • Komitə sədri Salyanda aqrar vəziyyətlə tanış olub – “Taxıl sahələrində məhsuldarlıq qənaətbəxşdir”

Komitə sədri Salyanda aqrar vəziyyətlə tanış olub – “Taxıl sahələrində məhsuldarlıq qənaətbəxşdir”

admin 24 Aprel 2026 5 minutes read
IMG_5918
PAYLAŞIN:

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, millət vəkili Sadiq Qurbanov Salyan rayonunda kənd təsərrüfatının mövcud vəziyyəti və inkişaf perspektivləri ilə yerində tanış olub.

Paraqraf.com bildirir ki, deputat bu barədə özünün rəsmi “Facebook” səhifəsində məlumat verib.

Bildirib ki, aprelin 22-də Salyan Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Tariel Atamalıyev ilə birlikdə rayonun taxıl əkin sahələrində olub, cari təsərrüfat ilində aparılan işlərlə yerində tanışlıq aparıb. Qurbanov fermerlərin fəaliyyəti, aqrotexniki tədbirlərin icrası və məhsuldarlıq göstəriciləri barədə geniş məlumat əldə etdiyini qeyd edib.

Millət vəkili vurğulayıb ki, kənd təsərrüfatı hər bir dövlətin ərzaq təhlükəsizliyinin təmin olunmasında strateji əhəmiyyət daşıyan əsas sahələrdən biridir. Əhalinin dayanıqlı ərzaq təminatı, daxili bazarın yerli istehsal hesabına möhkəmləndirilməsi, regionlarda məşğulluğun artırılması və kənd yerlərinin sosial-iqtisadi inkişafı birbaşa aqrar sektorun güclənməsi ilə bağlıdır. Xüsusilə taxılçılıq sahəsinin ölkənin ərzaq təhlükəsizliyində mühüm yer tutduğunu bildirən deputat qeyd edib ki, bu istiqamətdə aparılan məqsədyönlü siyasət kənd təsərrüfatının davamlı inkişafına geniş imkanlar yaradır.

Sadiq Qurbanov əlavə edib ki, Prezident İlham Əliyev tərəfindən aqrar sahəyə göstərilən xüsusi diqqət nəticəsində kənd təsərrüfatında dövlət dəstəyi mexanizmləri daha da genişlənib. Subsidiya sistemi təkmilləşdirilib, texnika təminatı gücləndirilib, suvarma infrastrukturunun yenilənməsi və fermerlərin maddi-texniki imkanlarının artırılması istiqamətində mühüm addımlar atılıb. Deputat qeyd edib ki, dövlət başçısının kənd təsərrüfatını prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirməsi regionlarda istehsal potensialının yüksəlməsinə, fermerlərin imkanlarının genişlənməsinə və məhsuldarlığın artmasına ciddi təkan verib.

“Tariel Atamalıyevin təqdim etdiyi məlumatlara əsasən, 2025-ci il üzrə Salyan rayonu ərazisində 8652 hektar arpa və 4635 hektar buğda olmaqla ümumilikdə 13 287 hektar sahədə taxıl əkini aparılıb. Cari vegetasiya mərhələsinə dair monitorinqlər göstərir ki, əkinlərin böyük hissəsində inkişaf prosesi qənaətbəxş səviyyədə davam edir və sahələrin əksəriyyətində məhsuldarlıq üçün əlverişli şərait formalaşıb”.


Qeyd olunub ki, aqrotexniki qulluq tədbirləri çərçivəsində bu günədək 10 785 hektar sahədə yemləmə gübrələri tətbiq edilib. Suvarma işləri də müəyyən olunmuş qrafikə uyğun həyata keçirilib – 3595 hektar sahədə birinci, 8170 hektar sahədə isə ikinci vegetasiya suvarılması başa çatdırılıb. Bu göstəricilərin fermerlərin mövsümə məsuliyyətli yanaşmasını və kənd təsərrüfatı sahəsində koordinasiyalı fəaliyyətin mövcudluğunu əks etdirdiyi vurğulanıb.

Ötən təsərrüfat ilinin nəticələrinə toxunan deputat bildirib ki, 2024-cü ildə Salyan rayonunda ümumilikdə 12 696 hektar sahədə taxıl əkini aparılıb. Bunun 5202 hektarını buğda, 7494 hektarını isə arpa sahələri təşkil edib. Biçin mövsümünün nəticələrinə əsasən, rayon üzrə orta məhsuldarlıq 42.3 sentner olub. Buğda sahələrində orta məhsuldarlıq 48,5 sentner, arpa sahələrində isə 38 sentner səviyyəsində qeydə alınıb.

Sadiq Qurbanov qeyd edib ki, Salyan rayonunda kənd təsərrüfatının inkişafı istiqamətində görülən işlər aqrar sahəyə diqqətin və düzgün təşkilatlanmanın məhsuldarlığın yüksəlməsinə, fermerlərin fəaliyyət imkanlarının genişlənməsinə və regionun iqtisadi potensialının güclənməsinə mühüm töhfə verdiyini göstərir. Onun sözlərinə görə, fermerlərin əməyi, dövlət dəstəyi və sahə üzrə peşəkar koordinasiya gələcəkdə daha yüksək nəticələrin əldə olunmasına zəmin yaradır.

Paraqraf.com

Loading

Visited 4 times, 4 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Əli Əsədov Gürcüstanın Azərbaycandakı səfirini səlahiyyətinin bitməsi ilə bağlı qəbul edib
Next: Turist axını niyə azalır? – Ekspert bahalı aviabiletləri əsas səbəb sayır

OXŞAR MÖVZULAR

b8d8f5e3-cd96-4540-828e-ff0895fd6d74

Deputat və urbanistdən mesaj: “WUF13 Bakını dünyaya çıxaracaq, amma şəhər buna hələ hazır deyil!”

admin 24 Aprel 2026
7cdc4f29-10c4-4572-ad89-68f1178f825b

Turist axını niyə azalır? – Ekspert bahalı aviabiletləri əsas səbəb sayır

admin 24 Aprel 2026
IMG-20260424-WA0016

Sabiq nazir açıq danışdı: “Azərbaycan təkbaşına siyasət yürüdə biləcək qədər böyük deyil”

admin 24 Aprel 2026

XƏBƏR LENTİ

Deputat və urbanistdən mesaj: “WUF13 Bakını dünyaya çıxaracaq, amma şəhər buna hələ hazır deyil!” b8d8f5e3-cd96-4540-828e-ff0895fd6d74

Deputat və urbanistdən mesaj: “WUF13 Bakını dünyaya çıxaracaq, amma şəhər buna hələ hazır deyil!”

24 Aprel 2026
Turist axını niyə azalır? – Ekspert bahalı aviabiletləri əsas səbəb sayır 7cdc4f29-10c4-4572-ad89-68f1178f825b

Turist axını niyə azalır? – Ekspert bahalı aviabiletləri əsas səbəb sayır

24 Aprel 2026
Komitə sədri Salyanda aqrar vəziyyətlə tanış olub – “Taxıl sahələrində məhsuldarlıq qənaətbəxşdir” IMG_5918

Komitə sədri Salyanda aqrar vəziyyətlə tanış olub – “Taxıl sahələrində məhsuldarlıq qənaətbəxşdir”

24 Aprel 2026
Əli Əsədov Gürcüstanın Azərbaycandakı səfirini səlahiyyətinin bitməsi ilə bağlı qəbul edib iqdTQ73yw3vMrdZsKsC8AvhGJJez5mRs4urkOuHa_1200

Əli Əsədov Gürcüstanın Azərbaycandakı səfirini səlahiyyətinin bitməsi ilə bağlı qəbul edib

24 Aprel 2026
Premyer Liqa: XXXI turun oyun cədvəli müəyyənləşib eb802d95-d8d6-377f-a642-56f178998289_1200

Premyer Liqa: XXXI turun oyun cədvəli müəyyənləşib

24 Aprel 2026
Küveytin İraqla sərhəddəki buraxılış məntəqələrinə PUA ilə hücum edilib cY7U9VOGi3Qpu2jq0pjh9M2J2HnrRej2dpm17OTO_1200

Küveytin İraqla sərhəddəki buraxılış məntəqələrinə PUA ilə hücum edilib

24 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.