Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/Hərbi Prokurorluq və Milli Müdafiə Universiteti arasında memorandum imzalanıb
MANŞET

Hərbi Prokurorluq və Milli Müdafiə Universiteti arasında memorandum imzalanıb

24 Aprel 2026 1 Min Read
PAYLAŞIN:

Hərbi Prokurorluq və Müdafiə Nazirliyinin Milli Müdafiə Universiteti arasında birgə əməkdaşlığa dair Anlaşma memorandumu imzalanıb.

Bu barədə Paraqraf.com-a Hərbi Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, tədbirdə hüquq təhsili ilə peşəkar hüquq təcrübəsinin sıx vəhdətinin təmin edilməsinin zəruriliyi, hüquq təhsilinin və hüquqşünas peşəsinin nüfuzunun yüksəldilməsinin əhəmiyyəti qeyd olunub.

Bu məqsədlə hərbi qulluqçuların insan hüquq və azadlıqlarına hörmət edən, milli ənənələrə və demokratiya prinsiplərinə, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq yetişdirilməsi üçün məlumat və təcrübə mübadiləsinin, qarşılıqlı əlaqələri inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

İmzalanmış memorandumda qarşılıqlı şəkildə konfrans, seminar, təlim və müzakirələrin təşkili, analitik işlərin, monitorinqlərin, sorğuların və digər layihələrin həyata keçirilməsi, yerli və beynəlxalq təcrübənin birlikdə öyrənilməsi, yerli və beynəlxalq elmi konfransların, dəyirmi masaların, seminarların, tədris tədbirlərinin, simulyasiyaların və görüşlərin birgə təşkil edilməsi və keçirilməsi, metodiki vəsaitlərin, elmi məqalələrin, çap materiallarının, broşuraların, monoqrafiyaların və nəşrlərin birgə hazırlanması, hüquq elminin və qüvvədə olan qanunvericiliyin inkişafı istiqamətində birgə təkliflərin hazırlanması, müzakirəsi və müvafiq qurumlar qarşısında qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təşəbbüslə çıxış edilməsi, nəzəriyyə ilə təcrübənin qarşılıqlı vəhdətini təmin etmək məqsədilə əməkdaşların nəzəri biliklərinin və peşə hazırlığının artırılması prosesində qarşılıqlı iştirak edilməsi nəzərdə tutulub.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

İkinci Dünya müharibəsində iştirak etmiş, orden və medallarla təltif edilmiş şəxslərə maddi yardım veriləcək

Next

Azərbaycan XİN Ermənistanda Türkiyə bayrağının yandırılmasını pisləyib

Copyright 2026— Praqraf.com. All rights reserved