Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/Ekspert: “Enerji və logistika xərclərindəki artımlar provayderlərin xidmət xərclərinə təsir göstərir”
MANŞETÖZƏL

Ekspert: “Enerji və logistika xərclərindəki artımlar provayderlərin xidmət xərclərinə təsir göstərir”

24 Aprel 2026 1 Min Read
PAYLAŞIN:

Son günlərdə sosial şəbəkələrdə internet xidmətlərinin qiymətlərinin artması ilə bağlı müxtəlif məlumatlar və iddialar yayılır. Gündəlik həyatda internetdən aktiv istifadə edən vətəndaşlar bu məsələyə daha həssas yanaşır. Qiymətlərin yüksəlməsi ehtimalı ailə büdcələrinə təsir göstərə biləcəyi üçün bu iddialar cəmiyyətdə müəyyən narahatlıq yaradır.

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri, İKT üzrə ekspert Elvin Abbasov “Paraqraf.com”a bildirib ki, internet tariflərindəki dəyişikliklər qlobal iqtisadi meyillər və artan rəqəmsal tələbat fonunda xidmət balansının qorunması ilə əlaqələndirilir:

“Telekommunikasiya sektoru yüksək investisiya tələb edən sahədir. Şəbəkə avadanlıqlarının idxalı, enerji və logistika xərclərindəki artım provayderlərin ümumi xidmət xərclərinə birbaşa təsir göstərir. Eyni zamanda, istifadəçilərin daha çox video məzmun və bulud xidmətlərinə üstünlük verməsi nəticəsində trafik yükü artır, bu isə şəbəkə infrastrukturunun genişləndirilməsi və yeni texnologiyalara keçidi zəruri edir”.

Mütəxəssis əlavə edib ki, vətəndaşların büdcəsinə təsirin minimuma endirilməsi üçün kəskin qiymət artımları əvəzinə tariflərə mərhələli və daha kiçik dəyişikliklərlə baxılması variantı nəzərdən keçirilir:

“Bu yanaşma həm istifadəçilər üçün sabitliyi qorumağa, həm də hər meqabit üzrə dəyərin optimallaşdırılması ilə yüksək sürətli paketlərin əlçatanlığını artırmağa imkan verir. Belə balanslaşdırılmış tənzimləmə provayderlərə infrastrukturu yeniləmək üçün şərait yaradır ki, bu da ölkə üzrə median internet sürətinin və xidmət keyfiyyətinin mövcud standartlara uyğun saxlanmasına kömək edir”.

 

Kəmalə Vəliyeva
Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib

Next

Elçin Alıoğlu: “Güney Azərbaycanın azadlıq mübarizəsi hələlik təxirə salınıb”

Copyright 2026— Praqraf.com. All rights reserved