20 Sen 2026, Bz

Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb

PAYLAŞIN:

Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl, Ağdaş, Bakının Qaradağ rayon, Saatlı rayon şöbələrində əməliyyatlar keçirilib.

Paraqraf.com-un xəbərinə görə, əməliyyatlar nəticəsində şöbələrin vəzifəli şəxsləri saxlanılaraq Bakıya gətirilib.

Onlar barəsində yaxın günlərdə qətimkan tədbiri seçilməsi gözlənilir.

Baş Prokurorluğun mətbuat xidmətindən faktı təsdiqləyiblər.

 

Paraqraf.com 

Loading