Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Tramp blokada qaldırılsa, İranla razılaşmanın mümkün olmayacağını bildirib
DÜNYA

Tramp blokada qaldırılsa, İranla razılaşmanın mümkün olmayacağını bildirib

22 Aprel 2026 1 Min Read
PAYLAŞIN:

ABŞ Prezidenti Donald Tramp bildirib ki, dəniz blokadası ləğv edilərsə, İranla razılaşma qeyri-mümkün olacaq.

Paraqraf.com xəbər verir ki, bu barədə Amerika lideri “Truth Social” sosial şəbəkəsində yazıb.

O qeyd edib ki, İran Hörmüz boğazını bağlamaqda maraqlı deyil, çünki gəmilərin bu su arteriyasından keçməsindən gündəlik 500 milyon dollar gəlir əldə edir.

“Onların boğazı bağlı saxlamaq istədiklərinə dair bəyanatları yalnız ona görədir ki, mən onu tamamilə bloklamışam və indi onlar sadəcə “simalarını qorumağa” çalışırlar. Lakin biz bu addıma getsək (İran gəmilərinə Hörmüzdə blokadanı dayandırsaq – red.), İranla razılaşma heç vaxt baş tutmaya bilər”, – Tramp yazıb.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər. Aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar aparılıb. Saatlarla davam edən danışıqlar tərəflərin mövqelərindəki fərqlərə görə nəticəsiz başa çatıb. Danışıqların yeni raundu yaxın günlərdə keçirilə bilər.

Bloklanması dünyada enerji böhranına səbəb olan Hörmüz boğazı ətrafındakı vəziyyət qeyri-müəyyən olaraq qalır, hər iki tərəf müxtəlif fasilələrlə onun açıldığını elan edir, lakin faktiki olaraq regionda gəmiçilik dayandırılıb.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Edqars Rinkeviçs: Latviya ilə Azərbaycan strateji tərəfdaş ölkələrdir

Next

Türkiyədə bələdiyyə sədri həbs olunub

Copyright 2026— Praqraf.com. All rights reserved