20 Sen 2026, Bz

Şəkidə güclü yağış fəsadlar yaradıb

PAYLAŞIN:

Şəkinin Qudula kəndində güclü yağışlar ciddi fəsadlara səbəb olub.

Paraqraf.com-un məlumatına görə, kəndin bir sıra əraziləri su altında qalıb.

Sakinlərin sözlərinə görə, yollar bərbad vəziyyətə düşüb və nəqliyyatın hərəkəti çətinləşib. Hətta bəzi avtomobillər suyun içində qalıb.

Hadisə ilə bağlı aidiyyəti qurumlara məlumat verilib.

 

Paraqraf.com 

Loading