Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/“Axios”: Tramp İranla atəşkəs rejiminə yalnız həftənin sonuna qədər razıdır
DÜNYA

“Axios”: Tramp İranla atəşkəs rejiminə yalnız həftənin sonuna qədər razıdır

22 Aprel 2026 1 Min Read
PAYLAŞIN:

ABŞ Prezidenti Donald Tramp Tehranın qarşıdan gələn danışıqlarda öz şərtlərini formalaşdıra bilməsi üçün ona 3-5 günlük atəşkəs təqdim etməyə hazırdır.

Paraqraf.com xəbər verir ki, bu barədə “Axios” mənbəyə istinadən məlumat yayıb.

“Tramp iranlıların özlərini toparlaması üçün daha üç-beş gün atəşkəs verməyə hazırdır. Bu atəşkəs müddətsiz deyil”, – mənbə qeyd edib.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb və bir sıra şəhərlərə zərbələr endiriblər. Əməliyyat Yaxın Şərqdə gərginliyin artmasına səbəb olub, münaqişəyə bütün Fars körfəzi ölkələri cəlb edilib, bu da eyni zamanda Hörmüz boğazının blokadaya alınmasına gətirib çıxarıb.

İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə atəşkəs haqqında razılığa gəliblər, bu atəşkəsin müddəti aprelin 21-dən 22-nə keçən gecə başa çatıb.

Tərəflər Pakistanda münaqişənin nizamlanması üzrə danışıqlar keçirməyə çalışıblar, lakin aprelin 11-12-də keçirilən birinci raund heç bir nəticə verməyib.

Tehrana təzyiq vasitəsi olaraq ABŞ İran limanlarının və Hörmüz boğazından keçidin blokadası barədə bəyanat verib. Öz növbəsində İran Hörmüzun artıq Fars körfəzi ölkələrinə yönələn gəmilər üçün blokadaya alındığını elan edib. Regionda dinamik şəkildə dəyişən vəziyyət dünya enerji böhranına səbəb olub.

ABŞ Prezidenti Donald Tramp aprelin 22-də İranla atəşkəs rejiminin uzadıldığını elan edib. Onun sözlərinə görə, qərar Pakistan rəhbərliyinin xahişi ilə qəbul edilib və danışıqların başa çatmasına və vasitəçilərin münaqişənin nizamlanması üzrə vahid təklifinin hazırlanmasına qədər qüvvədə olacaq. Eyni zamanda Tramp ABŞ hərbçilərinə İran limanlarının blokadasını davam etdirməyi və tam döyüş hazırlığını qorumağı tapşırıb.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Ukrayna Rusiyaya məxsus gəmilərin idarəetmə məntəqəsini vurub

Next

İran Hörmüz boğazından keçən gəmiyə yenidən hücum edib

Copyright 2026— Praqraf.com. All rights reserved