Skip to content
23 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Aprel
  • 22
  • Astanada Regional Ekoloji Sammit başlayır

Astanada Regional Ekoloji Sammit başlayır

admin 22 Aprel 2026 2 minutes read
qwMiEldq0Ol6mw2dedYBmaekbmYZ5NRGmRQR5zWY_1200
PAYLAŞIN:

Qazaxıstanın paytaxtı Astanada “Dayanıqlı gələcəyə ortaq baxış” mövzusunda Regional Ekoloji Sammit – 2026 (RES 2026) öz işinə başlayır.

Tədbirin təşkilatçılarının Paraqraf.com-a verdiyi məlumata görə, sammit Mərkəzi Asiya ölkələrində ekosistemlərin, su və torpaq resurslarının qorunması, bərpası və birgə istifadəsi, habelə biomüxtəlifliyin qorunub saxlanılması üzrə kompleks siyasət və alətlərin formalaşdırılmasına yönəlib.

RES 2026 Qazaxıstanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən BMT və bir sıra digər beynəlxalq təşkilatlarla birlikdə təşkil olunub. Sammit ekoloji çağırışların aradan qaldırılmasına regional yanaşmanı əks etdirən birgə həll yollarının işlənib hazırlanmasına yönəlmiş ilk irimiqyaslı tədbirdir.

Sammitdə Azərbaycan, İtaliya, Almaniya, Çin, Rusiya, Yaponiya və digərləri daxil olmaqla, 15 ölkədən nümayəndə heyətlərinin iştirakı gözlənilir.

Tədbir çərçivəsində Tehran Konvensiyası üzrə nazirlər dialoqu keçiriləcək, onun yekunlarına əsasən, Xəzər dənizinin ekosisteminin qorunmasına yönəlmiş dövlətlərarası proqramın hazırlanması təşəbbüsünün təsbit ediləcəyi bəyannamənin qəbulu gözlənilir. Həmçinin BMT strukturunda Beynəlxalq Su Təşkilatının yaradılması üzrə məsləhətləşmələr planlaşdırılır. BMT-yə üzv dövlətlərin su qurumlarının, BMT-nin su mandatını həyata keçirən agentliklərin, eləcə də tədqiqat institutlarının rəhbərlərinin iştirakı gözlənilir.

Aprelin 22-dən 24-dək keçiriləcək “RES 2026 EXPO Beynəlxalq “yaşıl” texnologiyalar sərgisi” sammitə mühüm praktik əlavə olacaq. Sərgidə Mərkəzi Asiyanın və müşahidəçi ölkə qismində Azərbaycanın pavilyonları təqdim ediləcək.

“RES 2026 EXPO”da 30 ölkədən 300-ə yaxın şirkət iştirak edəcək.

 

Paraqraf.com 

Loading

Visited 10 times, 5 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Azərbaycanın daha iki boksçusu Dünya Kubokunda qələbə qazanıb
Next: Bakıda internat məktəbinin yataqxanasında yanğın olub

OXŞAR MÖVZULAR

df5392e7-b5ac-498c-935e-9eef89db6bea

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

admin 23 Aprel 2026
02de5cd8-6ed8-4cec-b8b4-39fc322a71df

Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb

admin 23 Aprel 2026
bleZJUTrdVDCIT1832V88VVMBDJFdKomzDnJJw46_1200

TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər

admin 23 Aprel 2026

XƏBƏR LENTİ

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir” df5392e7-b5ac-498c-935e-9eef89db6bea

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

23 Aprel 2026
Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb 02de5cd8-6ed8-4cec-b8b4-39fc322a71df

Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb

23 Aprel 2026
TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər bleZJUTrdVDCIT1832V88VVMBDJFdKomzDnJJw46_1200

TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər

23 Aprel 2026
Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub kxucwe2HQecOL5lfcWkwaamBq9fQWFtI4lP0VCZA_1200

Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub

23 Aprel 2026
Azərbaycan voleybol yığmalarının Avropa Liqasında oyun cədvəli müəyyənləşib 9e52d3c2-7ca0-403f-8f65-08873844dcea_1200

Azərbaycan voleybol yığmalarının Avropa Liqasında oyun cədvəli müəyyənləşib

23 Aprel 2026
Azərbaycanı Almaniyada keçiriləcək Avropa Kubokunda 39 cüdoçu təmsil edəcək 7GDdBFyrGfD3fhRxh06T759sqnhqpvMyilA8WFjO_1200

Azərbaycanı Almaniyada keçiriləcək Avropa Kubokunda 39 cüdoçu təmsil edəcək

23 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.