Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/Soheyl Mahmud: Azərbaycanın təşəbbüsü D-8 çərçivəsində əməkdaşlığa təkan verəcək
SİYASƏT

Soheyl Mahmud: Azərbaycanın təşəbbüsü D-8 çərçivəsində əməkdaşlığa təkan verəcək

21 Aprel 2026 1 Min Read
PAYLAŞIN:

İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) Baş katibi Soheyl Mahmud Azərbaycanın energetika və iqlim, nəqliyyat əməkdaşlığı, eləcə də media ilə bağlı üç qabaqcıl təcrübə mərkəzinin yaradılması təşəbbüsünü yüksək qiymətləndirib.

Paraqraf.com xəbər verir ki, bu barədə baş katib “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

Baş katib qeyd edib ki, Antalya Diplomatiya Forumu çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.

“Hörmətli Prezident İlham Əliyevin baxışı və sadiqliyi ilə idarə olunan Azərbaycanın D-8 prosesində fəal roluna görə dərin minnətdarlığımı bildirdim. 2025-ci ildə Azərbaycan bir sıra yüksək səviyyəli tədbirlər keçirib, bununla da təşkilatın ümumi işinə əlavə təkan verib. Həmçinin Azərbaycanın energetika və iqlim, nəqliyyat əməkdaşlığı, eləcə də media ilə bağlı üç qabaqcıl təcrübə mərkəzinin yaradılması təşəbbüsünə görə təşəkkür etdim. D-8-in institusional arxitekturasını gücləndirməklə yanaşı, təklif olunan mərkəzlər üzv dövlətlər arasında əsas sahələrdə sektoral əməkdaşlığın inkişafına kömək edəcək”, – o yazıb.

Mahmudun sözlərinə görə, Ceyhun Bayramov Azərbaycanın D-8-ə sadiqliyini təsdiqləyərək, onu ölkənin xarici siyasətində prioritet adlandırıb.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Azərbaycanda yaşı 100 və daha çox olan pensiyaçıların 245-i qadındır

Next

Maksim Prevo: Aİ Azərbaycan və Ermənistanı siyasi və iqtisadi cəhətdən dəstəkləməlidir

Copyright 2026— Praqraf.com. All rights reserved