20 Okt 2026, Ça

Maksim Prevo: Aİ Azərbaycan və Ermənistanı siyasi və iqtisadi cəhətdən dəstəkləməlidir

PAYLAŞIN:

Avropa İttifaqı (Aİ) Cənubi Qafqaz regionunda sabitləşmə və Ermənistanla Azərbaycan arasında normallaşmada daha fəal rol oynamalıdır.

Paraqraf.com xəbər verir ki, bu barədə Maksim Prevo Lüksemburqda keçirilən Xarici İşlər Şurasının iclasından əvvəl bildirib.

“Bu ölkələri Avropa dinamikasında möhkəmləndirmək üçün həm siyasi, həm də iqtisadi dəstək vermək lazımdır”, – Prevo deyib.

O, həmçinin Bakı və İrəvan arasında sülh sazişinin imzalanmasının sürətləndirilməsinin vacibliyini qeyd edib.

“Mən bu yaxınlarda Qafqazdakı, xüsusən də Azərbaycan və Ermənistandakı həmkarlarımla telefon danışıqları apardım və biz sülh sazişinin yaxın vaxtlarda imzalana biləcəyinə ümid edirik”, – o qeyd edib.

O, həmçinin bildirib ki, beynəlxalq gündəlik həddindən artıq yüklü olaraq qalır, ancaq Avropa dövlətləri Cənubi Qafqazdakı prosesləri diqqətdən kənarda qoymamalıdır.

 

Paraqraf.com 

Loading