Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İDMAN/“Qarabağ” və “Sabah” klubları azarkeşlərə görə hərəyə 5000 manat ziyana düşüb
İDMAN

“Qarabağ” və “Sabah” klubları azarkeşlərə görə hərəyə 5000 manat ziyana düşüb

21 Aprel 2026 1 Min Read
PAYLAŞIN:

AFFA “Qarabağ” və “Sabah”ı azarkeşlərə görə 5000 manat cərimələyib.

Paraqraf.com xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Misli Premyer Liqasının XXVIII turunun mərkəzi qarşılaşması olan “Qarabağ” – “Sabah” matçından sonra hər iki komandanın azarkeş sektorlarından meydana kənar şəxslərin daxil olması klubların büdcəsinə ziyan vurub. Cari mövsümdə analoji halın ikinci dəfə yaşanması səbəbindən “Qarabağ” və “Sabah” klublarının hər biri 5000 manat cərimə olunub.

Həmçinin “Sabah”ın 6 futbolçusu sarı vərəqə aldığı üçün klub əlavə 700 manat cərimə edilib. Komandanın oyunçusu Abdulla Xaybullayev ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyunluq cəzalandırılıb, paytaxt təmsilçisi isə daha 1000 manat ziyana düşüb.

“Araz-Naxçıvan” – “Turan Tovuz” matçında meydana kənar şəxslər daxil olduğuna və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə ev sahibi komanda 5000 manat cərimə olunub. Həmin görüşdə qonaqların 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün Tovuz təmsilçisi 700 manat cəriməyə məruz qalıb.

“Karvan-Yevlax” – “Şamaxı” oyununda mətbuat konfransı otağının düzgün təşkil edilməməsi, yəni təşkilati-texniki öhdəliklərin pozulması səbəbindən Yevlax klubu 1000 manat cərimə edilib.

“Kəpəz” – “İmişli” görüşündə isə 4 üzvü sarı vərəqə aldığı üçün Gəncə klubu 700 manat ziyana düşüb.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

AFFA İntizam Komitəsi “Neftçi”ni 26200 manat cərimələyib

Next

Cüdo üzrə veteranlar arasında Azərbaycan çempionatı keçirilib

Copyright 2026— Praqraf.com. All rights reserved