20 Sen 2026, Bz

“Real” “Frayburq”un yarımmüdafiəçisi Joan Manzambi ilə maraqlanır

PAYLAŞIN:

İspaniyanın “Real” klubu Almaniyanın “Frayburq” komandasında çıxış edən futbolçu Joan Manzambi ilə maraqlanır.

Paraqraf.com xarici mətbuata istinadən xəbər verir ki, Madrid təmsilçisi 20 yaşlı yarımmüdafiəçini heyətinə qatmağı planlaşdırır.

“Kral-klubu” yayda İsveçrə millisinin üzvü üçün təklif göndərməyə də hazırdır.

Xatırladaq ki, Joan Manzambi cari mövsüm 39 oyunda 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

 

Paraqraf.com 

Loading