Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İQTİSADİYYAT/Akif Nəsirli: “İnflyasiya ilə mübarizədə mövcud tədbirlər yetərli deyil”
İQTİSADİYYATMANŞET

Akif Nəsirli: “İnflyasiya ilə mübarizədə mövcud tədbirlər yetərli deyil”

18 Aprel 2026 1 Min Read
PAYLAŞIN:

Son illərdə inflyasiya və qiymət artımı həm qlobal, həm də milli iqtisadiyyatların əsas problemlərindən biri kimi qalır. Azərbaycanda da ərzaq məhsullarından tutmuş xidmət sektoruna qədər müxtəlif sahələrdə qiymət dəyişiklikləri müşahidə olunur. Hökumət bu tendensiyanın qarşısını almaq üçün monetar və fiskal siyasət alətlərindən, həmçinin sosial müdafiə tədbirlərindən istifadə edir. Bununla belə, qiymət sabitliyinin nə dərəcədə təmin olunması və tətbiq edilən siyasətin effektivliyi ictimai və ekspert müzakirələrinin əsas mövzularındandır.

İnflyasiya və qiymət artımının qarşısını almaq üçün həyata keçirilən dövlət siyasətinin real iqtisadi təsiri nə dərəcədə effektivdir və bu tədbirlər uzunmüddətli qiymət sabitliyini təmin edə bilirmi?

Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı-ekspert Akif Nəsirli “Paraqraf.com”a açıqlamasında bildirib ki, inflyasiya ilə mübarizədə tətbiq olunan siyasətin təsiri qısa və uzunmüddətli dövrlər üzrə fərqli qiymətləndirilməlidir. Onun sözlərinə görə, qısa müddətdə monetar alətlər müəyyən nəticələr verir:

Akif Nəsirli: "Büdcə gəlirlərinin artması sosial xərclərin ...

“Faiz dərəcələrinin artırılması və pul kütləsinin nəzarətdə saxlanılması inflyasiyanın tempini zəiflədir. Azərbaycanda da bu istiqamətdə atılan addımlar bazarda müəyyən sabitləşdirici təsir yaradır. Lakin bu, kreditlərin bahalaşmasına, investisiyaların və istehlakın azalmasına səbəb olaraq iqtisadi artımı məhdudlaşdıra bilər. Sosial ödənişlərin artırılması, subsidiya və güzəştlər əhalinin alıcılıq qabiliyyətini qismən qoruyur. Amma bu addımlar əlavə büdcə yükü yaradır və inflyasiya təzyiqlərini tam aradan qaldırmır”.

Ekspert qeyd edir ki, mövcud siyasət inflyasiyanı müəyyən dərəcədə cilovlasa da, onun tam effektivliyi məhduddur və uzunmüddətli sabitliyin təmin olunması üçün daha dərin iqtisadi islahatlara ehtiyac var.

Nigar Rüstəmzadə
Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Göyçayda bıçaqlanma hadisəsi baş verib

Next

Həsən Məmmədov: “Azərbaycan–Türkiyə münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoyub”

Copyright 2026— Praqraf.com. All rights reserved