Skip to content
23 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Aprel
  • 8
  • KXDR Cənubi Koreyanı ən düşmən dövlət adlandırıb

KXDR Cənubi Koreyanı ən düşmən dövlət adlandırıb

admin 08 Aprel 2026 3 minutes read
xVjSNHjWzLZqw4XY8ewrRQkvDta4REzEdQ7i9IGe_1200
PAYLAŞIN:

Pxenyandan bildirilib ki, qonşu dövlətin hava məkanına pilotsuz uçuş aparatlarının (PUA) müdaxiləsi insidenti ilə əlaqədar Prezident Li Çje Myonun ifadə etdiyi təəssüfə baxmayaraq, Koreya Respublikası Koreya Xalq demokratik Respublikası (KXDR) üçün ən düşmən ölkə olaraq qalır.

Paraqraf.com xəbər verir ki, bu barədə KXDR xarici işlər nazirinin birinci müavini, xarici siyasət idarəsinin 10-cu departamentinin direktoru Çan Qım Çxolun Koreya Mərkəzi Teleqraf Agentliyi (KMTA) tərəfindən yayılan bəyanatında deyilir.

Onun sözlərinə görə, Cənubi Koreyanın KXDR üçün “ən düşmən” və “iyrənc dövlət” kimi mahiyyəti onun rəhbərliyinin bəyanatlarından və hərəkətlərindən asılı olmayaraq dəyişmir.

Çan Qım Çxol xatırladıb ki, aprelin 6-da Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin şöbə müdiri Kim Yo Çjon mətbuat üçün bəyanatla çıxış edib və bu bəyanatında Koreya Respublikası Prezidentinin PUA ilə bağlı insidentə reaksiyasını müsbət qiymətləndirib. O zaman Li Çje Myon lazımsız hərbi gərginliyə gətirib çıxaran “məsuliyyətsiz və ehtiyatsız hərəkətlər”ə görə təəssüfləndiyini bildirib.

Kim Yo Çjon bu addımı olduqca ümidverici və müdrik davranış adlandırıb, Cənubi Koreya liderinin mövqeyini isə dürüst və alicənab kimi səciyyələndirib. Bununla yanaşı, o, Seulu KXDR-ə qarşı ehtiyatsız təxribatlardan imtina etməyə və Pxenyanla əlaqə qurmaq cəhdlərini dayandırmağa çağırıb, əks halda Koreya Respublikasını böyük bədəl ödəyəcəyi barədə xəbərdarlıq edib.

KXDR XİN rəhbərinin müavininin fikrincə, Seulda bu sözlərin mənasını səhv təfsir ediblər. O, Cənubi Koreya dairələrində, o cümlədən Prezident administrasiyasında səslənən qiymətləndirmələri kəskin tənqid edərək onları absurd adlandırıb.

Çan Qım Çxolun iddiasına görə, Pxenyanın xəbərdarlığının əsas mənası bundan ibarətdir: Cənubi Koreya sakitlik istəyirsə, KXDR-ə toxunmamalıdır.

Daha əvvəl, yanvarın əvvəlində KXDR hərbçiləri bildiriblər ki, sentyabrın 27-si və yanvarın 4-də Koreya Respublikası ərazisindən buraxılan PUA-lar ölkənin hava sərhədini pozub. Seul isə ordunun belə addımını təkzib edib. Cənubi Koreya səlahiyyətliləri fərdi şəxslərin mümkün iştirakı versiyası ilə bağlı təhqiqata başlayıblar.

Paraqraf.com 

Loading

Visited 5 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Tramp: ABŞ tam və qəti qələbə qazanıb
Next: Azərbaycan-Latviya Hökumətlərarası Komissiyasının iclası gələn həftə Şuşada keçiriləcək – EKSKLÜZİV

OXŞAR MÖVZULAR

f1LyQ5ramnSrNKwgEuk0oxI7oyq5ifJTng7I0clI_1200

Paşinyan: Ermənistan yük maşınlarının Rusiyaya girişinə qadağa barədə rəsmi məlumat yoxdur

admin 23 Aprel 2026
COgkxRYlRdsQU3ydsq2jF2PiPiEzU9txTsfC9xWp_1200 (1)

İndoneziya Rusiyadan 150 milyon barel neft alacaq

admin 23 Aprel 2026
sDr2ozn2wvIJhFWAyv9TVTjdybFwdrJldtFS69St_1200

Danimarkada qatarların toqquşması nəticəsində 17 nəfər xəsarət alıb

admin 23 Aprel 2026

XƏBƏR LENTİ

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib eb559d92-784a-4a36-8c10-29f33f974a42

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib

23 Aprel 2026
Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir” ffec7384-3a3e-439c-b271-c278aa270a3e

Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir”

23 Aprel 2026
Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir” df5392e7-b5ac-498c-935e-9eef89db6bea

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

23 Aprel 2026
Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb 02de5cd8-6ed8-4cec-b8b4-39fc322a71df

Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb

23 Aprel 2026
TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər bleZJUTrdVDCIT1832V88VVMBDJFdKomzDnJJw46_1200

TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər

23 Aprel 2026
Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub kxucwe2HQecOL5lfcWkwaamBq9fQWFtI4lP0VCZA_1200

Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub

23 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.