PAYLAŞIN:

Azərbaycanla Latviya arasında iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclası aprelin 15-də Şuşa şəhərində keçiriləcək.

Bu barədə Paraqraf.com-a Latviyanın Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

Qurumda qeyd ediblər ki, aprelin 14-də Bakıda komissiyanın həmsədri, Latviyanın kənd təsərrüfatı naziri Armands Krauzenin Azərbaycanın rəhbər şəxsləri ilə görüşləri keçiriləcək.

“Nazir Krauze gələn həftə Azərbaycana gələcək. Aprelin 14-də onun Bakıda ölkənin Baş naziri (Əli Əsədov – red.) və iqtisadiyyat naziri (Mikayıl Cabbarov – red.) ilə ikitərəfli görüşləri olacaq. Bundan başqa, Krauzenin digər görüşləri də baş tutacaq. Hökumətlərarası Komissiyanın iclası çərşənbə günü, aprelin 15-də Şuşada keçiriləcək”, – nazirlikdən bildiriblər.

 

Paraqraf.com 

 

Loading