Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Tramp ABŞ-nin İranın enerji obyektlərinə 10 gün zərbə endirməyəcəyini bəyan edib
DÜNYA

Tramp ABŞ-nin İranın enerji obyektlərinə 10 gün zərbə endirməyəcəyini bəyan edib

27 Mart 2026 1 Min Read
PAYLAŞIN:

ABŞ Prezidenti Donald Tramp İranın enerji obyektlərinə zərbələrin daha 10 gün müddətinə dayandırılması barədə göstəriş verdiyini bəyan edib.

Paraqraf.com xəbər verir ki, ABŞ lideri bu barədə “Truth Social” sosial şəbəkəsində yazıb.

“İran hökumətinin xahişi ilə [İranın] enerji obyektlərinin məhv edilməsi mərhələsini 10 gün müddətinə – bazar ertəsi, 6 aprel 2026-cı il, Şərq vaxtı ilə saat 20:00-a (Bakı vaxtı ilə 7 aprel saat 04:00 – red.) qədər dayandırıram. Danışıqlar davam edir və yalançı media və digərləri tərəfindən iddia edilən fikirlərə baxmayaraq, onlar çox yaxşı gedir”, – deyə Tramp qeyd edib.

ABŞ Prezidenti martın 23-də hərbçilərə İranın enerji infrastrukturuna zərbələri beş gün müddətinə təxirə salmağı tapşırdığını bildirmişdi. Hələ o vaxt Ağ Ev rəhbəri Vaşinqton və Tehranın hərbi əməliyyatların dayandırılması ilə bağlı “çox yaxşı və məhsuldar danışıqlar” apardığını bəyan etmişdi.

Daha əvvəl ABŞ-nin Yaxın Şərq münaqişəsinə son qoymaq üçün İran hakimiyyətinə 15 maddəlik plan göndərdiyi bildirilib.

Xatırladaq ki, ABŞ və İsrailin 28 fevralda İrana qarşı birgə əməliyyat başlatmasından qısa müddət sonra İsrail Müdafiə Qüvvələri ilə “Hizbullah” arasında silahlı qarşıdurma yenidən başladı. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Lənkəranda zəlzələ olub

Next

Lavrov Rusiyanın İrana kəşfiyyat məlumatları ötürməsi ilə bağlı xəbərləri təkzib edib

Copyright 2026— Praqraf.com. All rights reserved