Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Lavrov Rusiyanın İrana kəşfiyyat məlumatları ötürməsi ilə bağlı xəbərləri təkzib edib
DÜNYA

Lavrov Rusiyanın İrana kəşfiyyat məlumatları ötürməsi ilə bağlı xəbərləri təkzib edib

27 Mart 2026 1 Min Read
PAYLAŞIN:

Rusiya ABŞ və İsrailin Tehrana qarşı əməliyyatı fonunda İrana kəşfiyyat məlumatları ötürmür.

Paraqraf.com TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “France Télévisions”a müsahibəsində bildirib.

“Biz İrana müəyyən növ hərbi təyinatlı məhsullar tədarük etmişik, lakin İrana kəşfiyyat məlumatları ilə kömək etdiyimizə dair ittihamlarla razılaşa bilmərik”, – o bildirib.

Lavrov qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin və onun rəsmi nümayəndəsi Dmitri Peskov Tehrana kəşfiyyat məlumatlarının ötürülməsi mövzusu ilə bağlı artıq şərhlər veriblər.

“Onlar bildiriblər ki, Rusiyanın, həqiqətən də, İranla sıx münasibətləri var. Bizim hərbi-texniki əməkdaşlıq haqqında sazişimiz mövcuddur”, – Rusiya xarici siyasət idarəsinin rəhbəri qeyd edib.

O əlavə edib ki, Fars körfəzi ölkələrindəki Amerika hərbi bazalarının koordinatları regionda hamıya məlumdur: “İranın onlara hücum etməsi məndə təəccüb doğurmur”.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Tramp ABŞ-nin İranın enerji obyektlərinə 10 gün zərbə endirməyəcəyini bəyan edib

Next

Meksika körfəzində sızmadan sonra 400 tondan çox neft toplanıb

Copyright 2026— Praqraf.com. All rights reserved