Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/Trampın bir cümləsi kimləri milyarder etdi? – 100 milyonluq “GİZLİ ƏMƏLİYYAT” şoku
SİYASƏT

Trampın bir cümləsi kimləri milyarder etdi? – 100 milyonluq “GİZLİ ƏMƏLİYYAT” şoku

24 Mart 2026 1 Min Read
PAYLAŞIN:

ABŞ prezidenti Donald Trampın İranla sülh danışıqlarının aparılmasına dair martın 23-də “Truth Social”da etdiyi paylaşım naməlum insayderlərə 100 milyon dollardan yuxarı gəlir gətirib.

Paraqraf.com xarici agentliklərə istinadən xəbər verir ki, qazanc Trampın “sülh” paylaşımından 20 dəqiqə əvvəl əldə edilib.

Belə ki, müşahidəçilər və bazar iştirakçılarının məlumatına görə, Trampın İranla sülh perspektivləri barədə açıqlamasından təxminən 15 dəqiqə əvvəl bəzi treyderlər ticarət həcmlərini kəskin şəkildə artıraraq təxminən 6200 ticarət əməliyyatında “Brent” və WTI nefti fyuçerslərinin satışını həyata keçiriblər ki, bu da qiymətlərin aşağı düşməsinə səbəb olub. Həmin treyderlər Fond bazarlarında isə əksinə, Trampın çıxışından sonra 10 faizdən çox artan ralli gözləyərək alışları kəskin artırıblar.

Bu alışların həcminin 1,5-2 milyard dollar təşkil etdiyini nəzərə alsaq, bu treyderlər qrupu təxminən 20 dəqiqə ərzində 100 milyon dollardan çox qazana biliblər.

Hazırda qlobal bazarlarda Trampın paylaşımından hansısa qüvvələrin əvvəlcədən xəbərdar olaraq külli miqdarda qazanc əldə etməsi faktının şoku yaşanır. Ortada olan ən mühüm sual isə budur ki, Donald Tramp paylaşımına dair həmin qüvvələri özü xəbərdar edib, yoxsa bu ondan xəbərsiz sızdırılıb?

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Ən etibarsız15 avtomobil modeli – SİYAHI

Next

Milli mətbuatın keşiyində duran alim: “Vilayət Quliyev yubiley medalı ilə mükafatlandırıldı”

Copyright 2026— Praqraf.com. All rights reserved