20 Okt 2026, Ça

Milli mətbuatın keşiyində duran alim: “Vilayət Quliyev yubiley medalı ilə mükafatlandırıldı”

PAYLAŞIN:

Professor Vilayət Quliyev milli mətbuat tariximizə dair dəyərli araşdırmaların və tədqiqatların müəllifi kimi tanınır. Ötən il onun “Yorulmaz Əkinçi: Həsən bəy Zərdabi” adlı kitabı işıq üzü görüb.

Medianın İnkişafı Agentliyi tərəfindən bu xidmətlərinə görə alim “Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)” yubiley medalı ilə təltif olunub.

Professorun bayram günlərində Vətənə səfərindən istifadə edilərək, medal Natiq Məmmədli — Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavininin iştirakı ilə təqdim edilib.

Tədbirdə hörmətli professor təbrik olunub, ona bol enerji, yaradıcılıq şövqü və yeni, maraqlı tədqiqatlarla oxucuları sevindirməsi arzulanıb.

Həsən

Paraqraf.com

Loading