Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/Qara Şəhərin Ağ Günləri… İnsan mərkəzli şəhərsalmanın yeni fəlsəfəsi
CƏMİYYƏTMANŞET

Qara Şəhərin Ağ Günləri… İnsan mərkəzli şəhərsalmanın yeni fəlsəfəsi

30 Dekabr 2025 2 Min Read
PAYLAŞIN:

Müasir şəhərsalmanın inkişaf göstəricisi hündür binaların sayı və ya cəlb olunan sərmayənin həcmi deyildir. Azərbaycan təcrübəsində bunu şəhərin insana nə dərəcədə yaşam imkanı, ədalətli, əlçatan və davamlı mühit yarada bilməsi ilə seçilən yeni urbanistik yanaşmalar sübut edir. Bakı Ağ Şəhər layihəsi Azərbaycanın son illərdə formalaşdırdığı insan mərkəzli inkişaf fəlsəfəsinin şəhər müstəvisində aydın ifadəsidir.

Bir vaxtlar “Qara Şəhər” kimi tanınan bu ərazi uzun illər yalnız sənaye və iqtisadi maraqlara tabe edilmişdi. İnsan amili, sosial həyat, ekoloji balans və şəhər yaddaşı kənarda qalmışdı.
Ağ Şəhər bu yanlış təcrübədən çıxarılan dərslər üzərində formalaşan yeni düşüncənin məhsuludur. Burada bərpa keçmişi silməyə yox, onu anlayaraq gələcəyi düzgün qurmaq məntiqinə tabe etdirilir.

Son illərdə Azərbaycanın şəhərsalma sahəsində keçdiyi yol göstərir ki, ölkə iki fərqli, lakin mahiyyət etibarilə oxşar çağırışla üz-üzə qalıb. Bunlardan biri müharibə nəticəsində məqsədli şəkildə dağıdılmış yaşayış məkanları, digəri isə vaxtilə yalnız iqtisadi səmərəliliyə fokuslanan, insanı nəzərə almayan yanaşmaların yaratdığı boşluqlardır.
Hər iki halda reallıq insanın məkandan uzaqlaşması ilə nəticələnib.

Məhz bu nöqtədə Ağ Şəhər layihəsinin ideoloji əhəmiyyəti üzə çıxır. Burada şəhər artıq iqtisadi mexanizmlərə tabe etdirilmir, insan həyatının, sosial münasibətlərin və ictimai yaddaşın daşıyıcısı kimi planlaşdırılır. İnklüzivlik, piyada yönümlü mühit, geniş ictimai məkanlar, yaşıllıq zolaqları və insan ölçüsünə uyğun memarlıq bu yanaşmanın əsas sütunlarını təşkil edir. Bu isə sadəcə estetik seçim deyil, yeni şəhərsalma etikasının formalaşmasıdır.

Prezident İlham Əliyevin və ailə üzvlərinin Ağ Şəhərdə görülən işlərlə tanışlığı da məhz bu etikaya verilən siyasi üstünlüyün göstəricisidir. Bu diqqət bir daha təsdiqləyir ki, şəhərsalma dövlət üçün investisiya platforması olmaqdan daha çox, cəmiyyətin gələcək həyat keyfiyyətini müəyyən edən strateji sahədir.
Eyni yanaşma işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazilərinin bərpasında da ardıcıl şəkildə tətbiq olunur.

Burada diqqətçəkən məqam məqsədlərin fərqli, prinsiplərin isə eyni olmasıdır. İstər Ağ Şəhərdə, istərsə də postmünaqişə ərazilərində şəhər və kəndlər qapalı, izolyasiya olunmuş məkanlar kimi deyil, açıq, əlaqəli, sosial və yaşam üçün bütün tələblərə cavab verən mühitlər kimi formalaşdırılır.

Yaşıllıqlar bütün küçələr boyu hər iki səkidə istisnasız olaraq bütün binaların qarşısında deyil, parklarda və xüsusi seçilmiş ara məkanlarda əkilir. Meydanlar və ictimai zonalar şəhərin “nəfəs nöqtələri” kimi düşünülür. Yaşayış imkanları isə dörd divarla deyil, həyatla ölçülür.

Gələn 2026-cı ilin “Şəhərsalma ili” elan edilməsinin də bu ardıcıl siyasətin məntiqi davamı olacağına ürəkdən inanıram. Bu qərar göstərir ki, Azərbaycan şəhərsalmanı uzunmüddətli və vahid standartlara əsaslanan dövlət siyasəti kimi qəbul edir.

Ağ Şəhərdə tətbiq olunan insan mərkəzli və inklüziv model Qarabağda bərpa edilən şəhərlərdə də eyni keyfiyyət meyarları ilə reallaşdırılır. Bu, ölkə miqyasında vahid urban dəyər sisteminin formalaşdığını göstərir.

Əslində, Qara Şəhərin Ağ Şəhərə çevrilməsi Azərbaycanın son dövr inkişaf fəlsəfəsinin simvoludur. Bu fəlsəfə nə dağıdıcılığı, nə də kor iqtisadi maraqları qəbul edir. Onun mərkəzində insan ləyaqəti, sosial balans və gələcək nəsillər üçün məsuliyyət dayanır.

Bu mənada Ağ Şəhər bu gün Bakının daxilində formalaşan bir gələcək modelidir. İnsanı mərkəzə alan, xaosu planla, məsuliyyətlə və sağlam gələcək vizyonu ilə əvəz edən bir model.

Bahar Muradova
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Bahar Muradova Böyük Britaniyada fəaliyyət göstərən azərbaycanlı alimlərlə görüşüb

Next

SDU-nun rektor əvəzi professorluqdan məhrum edildi

Copyright 2026— Praqraf.com. All rights reserved