Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti İlham Əliyevi təbrik edib
MANŞET

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti İlham Əliyevi təbrik edib

23 Dekabr 2025 1 Min Read
PAYLAŞIN:

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofolidən Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Paraqraf.com xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident.

Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Sizə uzun ömür, cansağlığı, xoşbəxtlik və ölkənizin rifahı naminə fəaliyyətinizdə davamlı uğurlar arzulayıram.

BP olaraq, Azərbaycanda dünya miqyaslı enerji layihələrinin operatoru olmaqdan, Azərbaycan Hökuməti və SOCAR ilə qurduğumuz müstəsna münasibətlərdən qürur duyur və bu səmərəli tərəfdaşlığımızın gələcək illərdə də davam edəcəyinə ümid edirik. Bu strateji enerji layihələrinin həyata keçirilməsi Sizin liderliyiniz və daimi dəstəyiniz sayəsində mümkün olmuşdur.

Bu il 30 ildən artıq davam edən tərəfdaşlığımızda daha bir mühüm mərhələni qeyd edirik. İyun ayında biz neft və qazın kəşfiyyatı və hasilatını gücləndirəcək, eyni zamanda Günəş enerjisi və elektrikləşdirmə layihələrinin irəliləməsinə töhfə verəcək dörd əhəmiyyətli saziş imzaladıq. Qarşıdan gələn illər ərzində bu layihələrin də uğurla reallaşmasına ümid edirik.

Bu xoş fürsətdən istifadə edərək. Sizi, ailənizi və bütün Azərbaycan xalqını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edirəm. Yeni ildə Sizə, yaxınlarınıza və bütün Azərbaycan xalqına firavanlıq, sülh və tərəqqi arzulayıram”.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

“Barselona” qış transfer dönəmində yeni müdafiəçi almaq istəyir

Next

İmtahan saxtakarlığında yalnız vasitəçilər yox, valideynlər də cavab verməlidir

Copyright 2026— Praqraf.com. All rights reserved