Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/ELM VƏ TƏHSİL/İmtahan saxtakarlığında yalnız vasitəçilər yox, valideynlər də cavab verməlidir
ELM VƏ TƏHSİLMANŞET

İmtahan saxtakarlığında yalnız vasitəçilər yox, valideynlər də cavab verməlidir

23 Dekabr 2025 2 Min Read
PAYLAŞIN:

Son günlər ictimaiyyətə açıqlanan və artıq məhkəmə müstəvisinə çıxarılan imtahan saxtakarlığı işi təkcə texniki vasitələrdən istifadə edən bir qrup şəxsin fəaliyyəti deyil. Bu hadisə daha dərin və daha təhlükəli bir problemin – valideyn məsuliyyətsizliyinin və susqunluqla müşayiət olunan cinayət şərikliyinin üzə çıxmasıdır.

Bu barədə Paraqraf.com-a açıqlama verən təhsil eksperti, TİHA sədri Əmrah Həsənli bildirib ki, ortada danılmaz faktlar mövcuddur: pul ödənilib, razılaşma aparılıb, abituriyent bilərəkdən qanunsuz imtahana daxil olub və valideynin bu prosesdən xəbərsiz olması inandırıcı deyil.

Onun sözlərinə görə, bu halda ciddi bir sual yaranır:

“Niyə yalnız təşkilatçılar və vasitəçilər məsuliyyətə cəlb olunur, amma bu cinayətin əsas sifarişçiləri olan valideynlər kənarda qalır?”

Əmrah Həsənli vurğulayıb ki, 17–18 yaşlı bir abituriyentin təkbaşına texniki qurğu sifariş etməsi, mexanizmi qurması və minlərlə manatlıq razılaşmaya girməsi mümkün deyil:

“Bu prosesin arxasında övladını ‘nəyin bahasına olursa-olsun’ irəli çəkmək istəyən və bunun üçün ödəniş edən valideynlər dayanır”.

Təhsil eksperti qeyd edib ki, məsələ təkcə imtahan qaydalarının pozulması ilə məhdudlaşmır:

“Burada başqasının haqqına girmək, ədalətli rəqabəti məhv etmək və zəhmətlə hazırlaşan minlərlə abituriyentin əməyini tapdalamaq var”.

Ə. Həsənlinin fikrincə, valideyn övladına bu cür yol göstərirsə, əslində ona uğurun yox, cinayətin mexanizmini öyrədir:

“Bu gün imtahanda saxtakarlıq edən uşaq, sabah cəmiyyətdə daha ağır pozuntuların iştirakçısına çevrilə bilər. Çünki ona erkən yaşda bir mesaj verilib: ‘Pul varsa, yol tapılar”.

O açıq şəkildə bildirib ki, bu işdə adı keçən abituriyentlərin valideynləri də hüquqi məsuliyyət daşımalıdır:

“Onlar istintaqa sadəcə şahid kimi deyil, əmələ görə cavabdeh subyekt kimi cəlb olunmalıdırlar. Çünki bu cinayət onların razılığı və maliyyəsi olmadan mümkün deyil”.

Əmrah Həsənli hesab edir ki, əks halda saxtakarlıq davam edəcək, yeni sxemlər yaranacaq və cəmiyyət ədalətə yox, hiyləyə inanacaq:

“Bu gün sərt mövqe göstərilməsə, sabah daha ağır nəticələrlə üz-üzə qalacağıq. Təhsil təkcə dərslik və imtahan deyil. Təhsil dəyərdir, vicdandır, ədalətdir. Təəssüf ki, bu dəyərləri ilk pozanlar bəzən valideynlərin özləri olur”.

Aytac
Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti İlham Əliyevi təbrik edib

Next

Yeni maliyyə dövrünün başlanğıcı: Federal Ehtiyat Sisteminin ortaya çıxışı

Copyright 2026— Praqraf.com. All rights reserved