PAYLAŞIN:

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turunda “Qarabağ”la üz-üzə gələcək İngiltərənin “Liverpul” klubunun futbolçusu Aleksander İsak zədələnib.

Paraqraf.com-un məlumatına görə, isveçli hücumçu Premyer Liqanın XVII turunda “Tottenhem”ə qalib gəldikləri (2:1) oyunda sıradan çıxıb.

56-cı dəqiqədə matçda hesabı açan forvard dörd dəqiqə sonra əvəzlənməli olub. İsakın zədəsinin ciddi olacağı gözlənilir.

Qeyd edək ki, “Qarabağ” “Liverpul”la yanvarın 28-də İngiltərədə üz-üzə gələcək.

Paraqraf.com 

Loading