Skip to content
24 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Dekabr
  • 20
  • “Qərbi Azərbaycan Kuboku”nun qalibi “Loru” komandası ilə görüş keçirildi

“Qərbi Azərbaycan Kuboku”nun qalibi “Loru” komandası ilə görüş keçirildi

admin 20 Dekabr 2025 3 minutes read
599925747_1195447836130868_4767501072636774574_n
PAYLAŞIN:
Qərbi Azərbaycan İcmasında 1–25 iyun tarixlərində keçirilmiş “Qərbi Azərbaycan Kuboku” II minifutbol turnirinin qalibi olan “Loru” futbol komandasının heyəti ilə görüş keçirildi.
Görüşdə çıxış edən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli həmin gün keçirilmiş Ümumi Yığıncaqda müzakirə olunan cari fəaliyyət istiqamətləri və qarşıya qoyulan 2026-cı il hədəfləri barədə ətraflı məlumat verdi. O, 2026-cı ildə Qərbi Azərbaycanı təmsil edəcək vahid futbol komandasının yaradılması təşəbbüsündən bəhs edərək bu layihənin gənclər üçün həm ideoloji, həm də idman baxımından mühüm əhəmiyyət daşıdığını vurğuladı.
İcma sədri qeyd etdi ki, artıq ikinci dəfə təşkil olunan “Qərbi Azərbaycan Kuboku” gənclərin doğma torpaqlara qayıdış ideyası ətrafında daha sıx birləşməsinə, qarşılıqlı ünsiyyətin möhkəmlənməsinə və sağlam həyat tərzinin təşviqinə xidmət edir. Əziz Ələkbərli turnirdə göstərdikləri əzm və idman bacarığına görə qalib “Loru” futbol komandasının timsalında bütün iştirakçı komandalara təşəkkürünü bildirdi.
Tədbirdə çıxış edən Qərbi Azərbaycan İcmasının Aparatının şöbə müdiri Faiq Kərimov turnirin təşkilati baxımdan yüksək səviyyədə keçirildiyini qeyd edərək, bu cür idman layihələrinin İcmanın gənclərlə iş strategiyasında xüsusi yer tutduğunu vurğuladı.
“Loru” futbol komandasının rəhbəri Vüqar Hacıyev yaradılan şəraitə və göstərilən diqqətə görə Qərbi Azərbaycan İcmasına təşəkkür edərək, əldə olunan uğuru böyük məsuliyyət kimi dəyərləndirdiklərini və gələcək yarışlarda da yüksək nəticələr üçün səylərini davam etdirəcəklərini bildirdi.
İcmanın koordinatoru Sakit Vəliyev isə “Qərbi Azərbaycan Kuboku”nun təkcə idman yarışı deyil, eyni zamanda gənclərin milli kimlik və tarixi yaddaş ətrafında birləşməsi baxımından mühüm platforma olduğunu diqqətə çatdırdı.
Görüşün sonunda Qərbi Azərbaycan İcması adından “Loru” futbol komandasına təşəkkürnamə təqdim olundu və xatirə fotosu çəkildi.
Возможно, это изображение ‎текст "‎目 雅 رین‎"‎
Возможно, это изображение помост и текст
Возможно, это изображение один или несколько человек, Овальный кабинет, помост и текст
Paraqraf.com

Loading

Visited 24 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Evin içindəki problemi görmədən qonşunu tənqid etmək olmaz. Əmrah Həsənlidən DİM-in rəhbərliyinə etiraz
Next: “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqibinin futbolçusu zədələnib

OXŞAR MÖVZULAR

eb559d92-784a-4a36-8c10-29f33f974a42

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib

admin 23 Aprel 2026
ffec7384-3a3e-439c-b271-c278aa270a3e

Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir”

admin 23 Aprel 2026
df5392e7-b5ac-498c-935e-9eef89db6bea

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

admin 23 Aprel 2026

XƏBƏR LENTİ

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib eb559d92-784a-4a36-8c10-29f33f974a42

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib

23 Aprel 2026
Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir” ffec7384-3a3e-439c-b271-c278aa270a3e

Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir”

23 Aprel 2026
Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir” df5392e7-b5ac-498c-935e-9eef89db6bea

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

23 Aprel 2026
Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb 02de5cd8-6ed8-4cec-b8b4-39fc322a71df

Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb

23 Aprel 2026
TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər bleZJUTrdVDCIT1832V88VVMBDJFdKomzDnJJw46_1200

TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər

23 Aprel 2026
Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub kxucwe2HQecOL5lfcWkwaamBq9fQWFtI4lP0VCZA_1200

Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub

23 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.