PAYLAŞIN:

ABŞ-nin Nyu-Cersi ştatında iki qatarın toqquşması nəticəsində 17 nəfər xəsarət alıb.

Paraqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “New Jersey Transit” korporasiyasının nümayəndəsi bildirib.

“Cümə günü axşam Monkler-Bunton xəttində iki qatar toqquşub”, – məlumatda qeyd edilib.

Qəza nəticəsində 17 nəfər yüngül xəsarətlər alıb.

Hazırda Nyu-Cersi nəqliyyat şirkətinin polisi hadisənin baş vermə şəraitini araşdırır. Qəzanın səbəbləri hələ müəyyən edilməyib.

Monkler-Bunton xəttində qatarların hərəkəti müvəqqəti olaraq dayandırılıb.

Paraqraf.com

Loading