PAYLAŞIN:

Misli Premyer Liqasında 2025-ci ilin sonuncu – XVI turunda bu gün daha iki oyun keçiriləcək.

Paraqraf.com-un məlumatına görə, ikinci oyun günündə “Karvan-Yevlax” Yevlax şəhər stadionunda “Neftçi” ilə üz-üzə gələcək.

Görüş saat 14:00-da start götürəcək.

“Neftçi” 17 xalla 8-ci yerdə qərarlaşıb. Hesabında 6 xal olan “Karvan-Yevlax” 12 komandanın sıralamasında sonuncudur.

Günün ikinci qarşılaşmasında isə “Zirə” “İmişli”ni sınağa çəkəcək. Zirə İdman Kompleksinin stadionunda baş tutacaq matçın start fiti saat 16:30-da səslənəcək.

27 xalı olan “Zirə” turnir cədvəlində 5-cidir. “İmişli” isə 16 xalla 9-cudur.

Misli Premyer Liqası

II dövrə, XVI tur

20 dekabr

14:00. “Karvan-Yevlax” – “Neftçi”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev.

VAR: Elçin Məsiyev.

AVAR: Zöhrab Abbasov.

Hakim-inspektor: Feyzulla Feyzullayev.

AFFA nümayəndəsi: Anar Şixəliyev.

Yevlax şəhər stadionu

16:30. “Zirə” – “İmişli”

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Elvin Bayramov.

VAR: Rəvan Həmzəzadə.

AVAR: Teymur Teymurov.

Hakim-inspektor: Əmrah İbrahimov.

AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.

Zirə İdman Kompleksinin stadionu

Qeyd edək ki, turun açılış oyununda “Turan Tovuz” “Kəpəz”ə 2:0 hesabı ilə qalib gəlib. XVI tura dekabrın 22-də yekun vurulacaq.

Paraqraf.com 

Loading