Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/ELM VƏ TƏHSİL/Beynəlxalq ikili diplom proqramlarının maliyyələşdirilməsi qaydası təsdiqlənib
ELM VƏ TƏHSİL

Beynəlxalq ikili diplom proqramlarının maliyyələşdirilməsi qaydası təsdiqlənib

18 Dekabr 2025 1 Min Read
PAYLAŞIN:

Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi qaydası təsdiqlənib.

Paraqraf.com xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi meyarları Nazirlər Kabinetinin təsdiqlədiyi müvafiq qaydaya əsasən müəyyən edilir.

Proqramın təşkili və həyata keçirilməsi bu qayda ilə müəyyən edilmiş hallarda və qaydada Azərbaycan Dövlət Neft Fondunun vəsaiti hesabına maliyyələşdirilir.

Proqramın təşkili və həyata keçirilməsinin maliyyələşdirilməsi məsələlərinin idarə olunması Fondun vəsaiti hesabına Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli 711 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2019–2023-cü illər üçün Azərbaycanda ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”na əsasən yaradılmış Dövlət Proqramını idarəetmə qrupu tərəfindən həyata keçirilir.

Bu Qayda ilə Proqramın həyata keçirilməsinin maliyyələşdirilməsi istiqamətləri, xərclərin ödənilməsi, Proqramın təşkili və həyata keçirilməsinin maliyyələşdirilməsi məsələlərinin idarə edən İdarəetmə Qrupu ilə Fond və Proqramı həyata keçirən ali təhsil müəssisələrinin münasibətlərinin tənzimlənməsi məsələləri müəyyən edilir.

Ölkədaxili təyinatlı ödənişlər üzrə maliyyələşdirmə Azərbaycan manatı ilə, ölkəxarici təyinatlı ödənişlər üzrə maliyyələşdirmə xarici valyuta ilə və ya sifarişin rəsmiləşdirilməsi tarixinə Mərkəzi Bankın elan etdiyi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə aparılır.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

AzMİU-nun 50 illik yubileyi qeyd olunub

Next

Nazir: Kəlbəcərdə məktəb tikintisinə bütün nəzarət 25 yaşlı gənc tərəfindən aparılıb

Copyright 2026— Praqraf.com. All rights reserved