Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/ELM VƏ TƏHSİL/AzMİU-nun 50 illik yubileyi qeyd olunub
ELM VƏ TƏHSİL

AzMİU-nun 50 illik yubileyi qeyd olunub

18 Dekabr 2025 2 Min Read
PAYLAŞIN:

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) yaradılmasının 50 illik yubileyi münasibətilə tədbir keçirilib.

Paraqraf.com xəbər verir ki, əvvəlcə Gülüstan Sarayında təşkil olunan “Təhsil və İrs” sərgisinə baxış keçirilib. Sərgidə ali təhsil müəssisəsinin zəngin tarixi irsi, keçdiyi inkişaf mərhələləri, elmi-pedaqoji nailiyyətləri və müasir inkişaf strategiyası təqdim olunub.

AzMİU-nun rektoru, memarlıq doktoru, professor Gülçöhrə Məmmədova bildirib ki, bu yubiley universitetin keçdiyi şərəfli yola, formalaşdırdığı elmi məktəbə və ölkənin sosial-iqtisadi inkişafına verdiyi töhfələrə nəzər salmaq üçün bir fürsətdir.

Rektor həmçinin deyib ki, 50 illik yubileyin qeyd edilməsi həm də ölkədə memarlıq və inşaat təhsilinin inkişafına dövlət qayğısının, milli mühəndislik məktəbinin formalaşmasına göstərilən xüsusi diqqətin bariz göstəricisidir.

Elm və təhsil naziri Emin Əmrullayev çıxışında AzMİU-nun ölkənin mühəndislik və memarlıq potensialının formalaşmasında aparıcı ali təhsil ocaqlarından biri kimi mühüm rol oynadığını vurğulayıb:

“Universitetin çoxillik elmi-pedaqoji ənənələri, müasir əmək bazarının tələblərinə uyğun kadr hazırlığı və innovativ yanaşmaları AzMİU-nu ölkənin strateji təhsil mərkəzlərindən birinə çevirib”.

Nazir AzMİU-da rəqəmsal transformasiya sahəsində görülən işləri yüksək qiymətləndirib, tədris prosesində müasir rəqəmsal platformaların tətbiqi, elektron resursların genişləndirilməsi və idarəetmədə innovativ həllərin universitetin dayanıqlı inkişafına mühüm töhfə verdiyini bildirib:

“Bu istiqamətdə atılan addımlar tələbələrin bilik və bacarıqlarının artırılmasına, təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edir”.

Tədbirdə AzMİU-nun 50 illik inkişaf yolunu, elmi-pedaqoji nailiyyətlərini və gələcək strateji hədəflərini əks etdirən təqdimat filmi nümayiş etdirilib.

Daha sonra qonaqlara söz verilib. Onlar çıxışlarında universitetin milli ali təhsil sistemində tutduğu mövqeyi yüksək qiymətləndiriblər. Vurğulanıb ki, AzMİU-nun 50 illik yubileyinin qeyd edilməsi ali təhsil müəssisəsinin tarixində yeni mərhələnin başlanğıcı olmaqla yanaşı, Azərbaycanın mühəndislik, memarlıq və dizayn təhsilinin gələcək inkişafı üçün möhkəm təməl yaradır. Bu yubiley ölkənin insan kapitalının inkişafına yönəlmiş dövlət siyasətinə verilən töhfənin və AzMİU-nun milli intellekt mərkəzi kimi rolunun bir daha təsdiqidir.

Bundan başqa, AzMİU-nun inkişafına töhfə vermiş tərəfdaş qurumlar səmərəli əməkdaşlığa görə təltif olunub.

Tədbirin sonunda AzMİU-nun rəhbər və pedaqoji heyəti ali təhsil müəssisəsinin yaradılmasının 50 illik yubileyi münasibətilə Prezident İlham Əliyevə müraciət ünvanlayıb.

Paraqraf.com 

 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

AzMİU kollektivi Prezident İlham Əliyevə müraciət ünvanlayıb

Next

Beynəlxalq ikili diplom proqramlarının maliyyələşdirilməsi qaydası təsdiqlənib

Copyright 2026— Praqraf.com. All rights reserved