Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/Tələbəlikdən uğura: Zamanın dəyərini anlamaq
CƏMİYYƏTMANŞET

Tələbəlikdən uğura: Zamanın dəyərini anlamaq

09 Dekabr 2025 1 Min Read
PAYLAŞIN:

Tələbəlik dövrü hər bir gəncin həyatında xüsusi mərhələdir. Bu illərdə biz yeni mühitə uyğunlaşmağa çalışır, dərslər, sərbəst işlər, alt həftə–üst həftə kimi akademik proseslərə baş qoşuruq. Yeni tanışlıqlar, yeni fənlər və yeni vərdişlərlə dolu bu yol bir göz qırpımında dörd ili arxada qoyur. Ardınca isə iş həyatı, karyera qayğıları və gündəlik tələbatlar başlayır. Bəzən elə olur ki, bütün bu proseslərin içində özümüzə vaxt ayırmağı belə unuduruq.

Eşitdiyim ən dəyərli fikirlərdən biri belədir: “Ən uğurlu investisiya insanın özünə etdiyi investisiyadır”. Mən isə buna bir əlavədə bulunmaq istəyirəm: ən çox qazanc gətirən yatırım, zamanın düzgün yerə sərf edilməsidir.

Əziz dostlar, biz həyatımızın təməlini uşaq yaşlarından qoymağa başlasaq da, o yaşlarda dünyanı tam dərk etmək çətin olur. Lakin zaman adlı ən bahalı sərmayəni özümüzə yönəltməyin ən optimal dövrü tələbəlik illəridir. Bu illər həm çox şey qazanmaq, həm də çox şey itirmək potensialına malikdir.

Ola bilər ki, ətrafımızdakı gənclər bunun fərqində deyil. Gəlin, onlara yaxşılıq edək, maarifləndirək və yol göstərək. Qoy həyatlarını inşa etməyə elə bu gündən başlasınlar. Onlara uğur qazanmış insanların real nümunələrini göstərək ki, özlərinə və gələcəklərinə inanmağı bacarsınlar. Bilirəm ki, bəziləri müxtəlif bəhanələr gətirəcək, lakin biz doğru istiqamətləndirmə ilə bu bəhanələri motivasiyaya, inama və məqsədə çevirməyə kömək edə bilərik.

Uğur zamanla, zaman isə düzgün istifadə olunduqda dəyər qazanır.

 

Elvin Abdullayev

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Kənan Kərimzadə: “İki mindən çox məktəbdə yenilənmiş metodik vəsaitlərdən istifadə olunur”

Next

Polşa prezidenti Zelenskinin dəvəti ilə Ukraynaya səfərdən imtina edib

Copyright 2026— Praqraf.com. All rights reserved