PAYLAŞIN:

“Son illərdə 3600-dən çox təhsil müəssisəsi yenidən tikilib və ya əsaslı şəkildə təmir olunub”.

Paraqraf.com “Oxu.Az”a istinadən xəbər verir ki, bunu “Ümumi təhsildə keyfiyyətin yüksəldilməsi: təcrübələr və yeni yanaşmalar” adlı elmi-praktiki beynəlxalq konfransda Elm və Təhsil Nazirinin müşaviri Kənan Kərimzadə deyib.

O bildirib ki, 1.6 milyon şagird daha rahat və müasir şəraitdə təhsil almaq imkanı əldə edib:

“400-dən çox məktəbdə metodik xidmət gücləndirilib, 2000-dən çox məktəbdə isə yenilənmiş metodik vəsaitlərdən istifadə olunmağa başlanılıb”.

Paraqraf.com

Loading