Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/ELM VƏ TƏHSİL/“Kamran Əsədov: “Struktur dəyişiklik yox, təhsil prosesinin keyfiyyəti önəmlidir”
ELM VƏ TƏHSİLMANŞET

“Kamran Əsədov: “Struktur dəyişiklik yox, təhsil prosesinin keyfiyyəti önəmlidir”

03 Dekabr 2025 2 Min Read
PAYLAŞIN:

Son günlər 12 illik ümumi təhsilə keçidlə bağlı müzakirələr yenidən gündəmə gəlib. Cəmiyyətdə bu məsələ ilə bağlı müxtəlif yanaşmalar səslənsə də, ekspertlər bildirir ki, əsas məsələ təhsilin neçə il davam etməsində deyil, mövcud sistemin keyfiyyət göstəricilərindədir. İllərin artırılması haqqında yayılan məlumatlar isə hər dəfə Elm və Təhsil Nazirliyi tərəfindən təkzib olunur ki, bu da qurumun diqqətinin struktur dəyişikliklərdən çox, tədrisin məzmunu və nəticələrinin yaxşılaşdırılmasına yönəldiyini göstərir.

Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov Paraqraf.com-a açıqlamasında bildirib ki, son illərdə yayılan məlumatların hər dəfəsində Elm və Təhsil Nazirliyi tərəfindən təkzib olunması da təsadüfi deyil:

İxtisas seçiminin müddəti minimum 14 günə qaldırılmalıdır - Kamran Əsədov - "İki sahil"

“Çünki nazirliyin mövqeyi mahiyyət etibarilə illərin mexaniki artırılmasına deyil, beynəlxalq standartlara uyğun, nəticə yönümlü və davamlı öyrənmə mühiti yaratmağa əsaslanır. Bununla yanaşı, 2013-cü ildə təsdiq olunan “Təhsilin Inkişafı üzrə Dövlət Strategiyası”nda 12 illik ümumi təhsile keçidin zəruriliyi vurğulanır ki, bu da çoxillik dövlət siyasətinin istiqamətini müəyyənləşdirir. Lakin strategiyada əsas məqsəd ümumi təhlilə görə”təhsilin keyfiyyətinin yüksəldilməsi”, “kompetensiya əsaslı məzmunun genişləndirilməsi” və “məktəb həyatının təşkilində müasir standartların tətbiqi” kimi hədəflərdir və bu hədəflər illərin artırılmasından daha fundamental dəyişikliklər tələb edir”.

Ekspert bildirib ki, hazırda 11 illik təhsil modeli öz ərsəyə gəlmə missiyasını tam yerinə yetirmir:

“PISA 2022 nəticələrinə əsasən Azərbaycan şagirdlərinin orta göstəricisi riyaziyyatda OECD ortalamasından 99 bal, təbiət elmlərində 84 bal verir qalır. Bu fərqin səbəbi illərin az olması deyil, dərslərin məzmunun yüklü olması, təlimin fəaliyyət əsaslı təşkilinin zəifliyi və məktəblər arasında keyfiyyət fərqinin yüksək olmasıdır. Bu nəticələr göstərir ki, struktur dəyişikliyi yalnız illərin artırılması ilə deyil, məzmunun optimallaşdırılması ilə səmərə verə bilər”.

Ekspert qeyd edir ki, Elm və Təhsil Nazirliyinin bu məsələdə ehtiyatlı, mərhələli və əsaslandırılmış mövqeyi isə müsbət qiymətləndirilir:

“Nazirlik son illərdə daha rasional siyasət yürüdərək tədris yükünün azaldılması, yeni kurikulumların hazırlanması, müəllimlərin sertifikasiyası, məktəbə hazırlığın genişləndirilməsi və rəqəmsal təhsil resurslarının gücləndirilməsi istiqamətində əhəmiyyətli nəticələr göstərib. Bu siyasət 12 illik təhsilə keçid üçün ilkin baza yaradan faktorların möhkəmləndirilməsinə xidmət edir. Nazirliyin “məqsəd illərin sayını artırmaqda deyil, keyfiyyətli təhsil mühiti yaratmaqdır” açıqlaması strategiyanın mahiyyətinə tam uyğun gəlir”.

Kamran Əsədovun fikrincə, 12 illik təhsilə keçid mümkündür, lakin bu keçid yalnız struktur olaraq deyil, məzmun, kadr, infrastruktur, maliyyə və idarəetmə baxımından tam hazır olduqdan sonra real effekt verəcək:

“Dəyişməli olan illərin sayı deyil, məktəbin içində baş verən öyrənmə prosesinin keyfiyyətidir. Elm və Təhsil Nazirliyinin hazırkı yanaşması bu istiqamətdə daha düşünülmüş və elmi cəhətdən əsaslandırılmış addım kimi çıxış edir və uzun müddətli perspektivdə təhsilin keyfiyyətinin yüksəlməsi üçün möhkəm zəmin yaradır”.

Cəfərova Validə

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Kamran Əsədov: “Uşaqların internetdəki vəziyyəti kritik həddə çatıb”

Next

“Dövlət xidmətləri haqqında” qanun təsdiqlənib

Copyright 2026— Praqraf.com. All rights reserved