Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/“Dövlət xidmətləri haqqında” qanun təsdiqlənib
CƏMİYYƏTMANŞET

“Dövlət xidmətləri haqqında” qanun təsdiqlənib

03 Dekabr 2025 1 Min Read
PAYLAŞIN:

Prezident İlham Əliyev “Dövlət xidmətləri haqqında” qanunun tətbiqi barədə Fərman imzalayıb.

Paraqraf.com xəbər verir ki, qanun dövlət xidmətləri sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edir, həmçinin dövlət xidmətlərinin göstərilməsi sahəsində münasibətləri tənzimləyəcək.

Qanuna əsasən, dövlət xidməti xidmət təminatçıları tərəfindən səlahiyyətlərinin icrası ilə əlaqədar göstərilən və müəyyən hüquqi nəticənin yaranmasına, yaxud xidmət İstifadəçisinə zəruri informasiyanın verilməsinə səbəb olan hərəkətlərin məcmusudur. Dövlət xidmətinin göstərilmə yeri xidmət təminatçısı tərəfindən öz inzibati binasında və ya ondan kənarda dövlət xidmətinin göstərildiyi məkan, o cümlədən səyyar xidmətin göstərildiyi yer, habelə dövlət xidmətlərinin göstərildiyi vahid xidmət mərkəzi və ya informasiya sistemidir. Vahid xidmət mərkəzi dövlət xidmətlərinin xidmət təminatçıları və özəl təşkilatlarla birgə göztərildiyi məkandır. Dövlət xidmətinin dizaynı dövlət xidmətinin formalaşdırılması sahəsində ehtiyac və tələbləri müəyyən edən, konseptual və funksional həllər toplusudur.

Dövlət Xidmətlərinin Elektron Reyestri (bundan sonra DXER) dövlət xidmətləri barədə məlumatları əks etdirən vahid informasiya sistemidir. Bununla yanaşı, layihədə xidmət istifadəçilərinin dairəsi, onların hüquq və vəzifələri də konkret olaraq müəyyən edilib.

Dövlət xidmətlərinin göstərilməsində korrupsiya risklərinin azaldılması məqsədilə qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla dövlət xidmətinə müraciətlərin ardıcıllıqla həyata keçirilməsi üçün qanun layihəsinə növbəlilik prinsipi gətirilib.

Dövlət xidməti Dövlət Xidmətlərinin Elektron Reyestrinə daxil edildikdən sonra həmin xidmətin göstərilməsinə yol veriləcək.

Qanunda dövlət xidmətinin göstərilməsi nəticəsi elektron sənəd yaxud kağız daşıyıcıda inzibati akt, hüquqmüəyyənedici və texniki sənədlər şəklində və ya informativ elektron xidmətlər üzrə məlumatın verilməsi ilə həyata keçirildiyi qeyd edilir.

Dövlət xidmətinin keyfiyyətinə nəzarət mexanizmi müəyyən edilir. “ASAN xidmət indeks” qiymətləndirilməsi mexanizmi daha da təkmilləşdirilərək qiymətləndirilmə aparıldıqdan sonra dövlət xidmətinin keyfiyyətinə nəzarət üçün əsaslardan hesab ediləcək.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

“Kamran Əsədov: “Struktur dəyişiklik yox, təhsil prosesinin keyfiyyəti önəmlidir”

Next

Dövlət xidmətləri sahəsində inzibati məsuliyyətə dair qanun layihəsi hazırlanacaq

Copyright 2026— Praqraf.com. All rights reserved