PAYLAŞIN:

Qazaxıstan dövlət başçısı Kasım-Jomart Tokayev Daşkənddə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə danışıqlar aparıb.

Paraqraf.com xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Görüşdə dövlət başçıları Qazaxıstan- Özbəkistan strateji tərəfdaşlığı və müttəfiqliyinin gələcək inkişaf perspektivlərini ətraflı müzakirə ediblər.

Prezidentlər ticarət, sənaye kooperasiyası, nəqliyyat və logistika, energetika, kənd təsərrüfatı, su ehtiyatları, eləcə də mədəni- humanitar sahədə qarşılıqlı fəaliyyət kimi prioritet sahələrdə əməkdaşlığın möhkəmləndirilməsi məsələlərini nəzərdən keçiriblər.

Regional və beynəlxalq gündəliyin aktual məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Paraqraf.com

Loading