22 Sen 2026, Ça

Rusiyada yük maşını avtobusla toqquşub, 7 nəfər ölüb, 15 nəfər yaralanıb

PAYLAŞIN:

Rusiyanın Perm vilayətində, Çerepaxi kəndi yaxınlığında avtomagistralda sərnişin mikroavtobusu ağır tonnajlı yük avtomobili ilə toqquşub.

Paraqraf.com xəbər verir ki, bu barədə regional İstintaq Komitəsi “Telegram” da məlumat verib.

Məlumata görə, ölənlər arasında bir azyaşlı da var.

İlkin məlumata görə hadisə zamanı yeddi nəfər ölüb, 15 nəfər yaralanıb.

Paraqraf.com

Loading