Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/“Mehdiyevin həyat yoldaşı Bakıda erməni təşkilatı yaratmışdı”: Əvəz Zeynallıdan sensasion iddia – VİDEO
SİYASƏT

“Mehdiyevin həyat yoldaşı Bakıda erməni təşkilatı yaratmışdı”: Əvəz Zeynallıdan sensasion iddia – VİDEO

03 Noyabr 2025 1 Min Read
PAYLAŞIN:

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı dövlətə xəyanətdə ittiham olunan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyeva ilə bağlı şok məlumatlar açıqlayıb.

Paraqraf.com xəbər verir ki, Bakupost.az -ın məlumatına görə, o, Mehdiyev hakimiyyətdə olduğu dönəmdə Q.Mehdiyevanın başçılığı ilə Azərbaycanda vəzifəli məmurların erməni həyat yoldaşlarının birləşdiyi“Hayastan” adlı təşkilatın yaradıldığını iddia edib:

“Qalina Mehdiyeva və Əli Həsənovun həyat yoldaşı Badamdarda tikdirdikləri villada ustaların yanında ermənicə danışırdılar. Mən bu barədə “Xural”da manşet vermişəm. Ustaların biri ağlaya-ağlaya “Xural”a gəlib dedi ki, Əvəz müəllim, biz hara gedirik? Bunun axırı nə olacaq? Mən o zaman yazdım, üstünə getdim. Məlum oldu ki, Qalina xanımın başçılığı ilə Azərbaycanda vəzifəli məmurların erməni həyat yoldaşlarının birləşdiyi bir “Hayastan” təşkilatı var”.

Ə.Zeynallı “Hayastan” təşkilatının Bakıda adını dəyişmiş ermənilərin müxtəlif vəzifələrə yerləşdirilməsi işi ilə məşğul olduğunu da bildirib:

“Bəlkə qulaqlara bir az dəhşətli gələ bilər, amma mən bunu “Xural” qəzetində yazmışam. Öz aralarında ermənicə danışıblar, “Hayastan” təşkilatı qurublar. Həmin təşkilatın üzvlərindən biri də adını dəyişmiş erməni İrina Danyelyan idi, o, məni məhkəməyə vermişdi.

Məhkəmə də 24 apreldə – saxta erməni soyqırımı günü idi. O zaman sağ olsun, mənə informasiya dəstəyi verən zərərçəkən oğlan Arzu (bilmirəm, onun aqibəti necə oldu) o sənədin əslini çıxartdırıb mənə gətirmişdi. Biz o qadına sübut etdik ki, sən İradə Hüseynova yox, İrina Danyelyansan. O qız məhkəmədən başını götürüb getdi ki, siz bunu haradan bilirsiniz?”.

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Metrolarda yeni dövr: “Apple Pay” və “Google Pay” ilə keçid mümkün oldu

Next

Dilçi alim: “Əgər ölkə başçısı dilimizin qorunması ilə bağlı bir çağırış edibsə…”

Copyright 2026— Praqraf.com. All rights reserved