Skip to content
24 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Noyabr
  • 3
  • Dilçi alim: “Əgər ölkə başçısı dilimizin qorunması ilə bağlı bir çağırış edibsə…”

Dilçi alim: “Əgər ölkə başçısı dilimizin qorunması ilə bağlı bir çağırış edibsə…”

admin 03 Noyabr 2025 7 minutes read
17621753865733194806908a99ab8ece
PAYLAŞIN:

Azərbaycan dilinin qorunması istiqamətində dövlət səviyyəsində bir sıra tədbirlər həyata keçirilib. 

Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında çıxışı zamanı Prezident İlham Əliyev bu barədə bir sıra məsələlərə toxunub:

“On il bundan əvvəl mən bu kürsüdən, eyni zamanda, Azərbaycan dili haqqında danışmışdım, öz narahatlığımı ifadə etmişdim. Deyə bilərəm ki, son 10 il ərzində bu istiqamətdə lazımi addımlar atılıb.  Ancaq desəm ki, vəziyyət məni tam qane edir, əlbəttə ki, səmimi olmaram. Azərbaycan dili çox zəngin dildir. Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir. Ancaq təmiz, saf, ədəbi Azərbaycan dilinin qoruyucuları bizik – müstəqil Azərbaycan dövləti. 

Mən azərbaycanlıların yaşadıqları müxtəlif bölgələrdə vəziyyətlə müntəzəm surətdə olaraq tanış oluram, diqqətdə saxlayıram, lazımi tədbirlər görürəm. Görürəm ki, bəzi yerlərdə bizim ədəbi dilimiz digər ölkələrdə yaşayan azərbaycanlılar arasında itirilir. Daha çox məişət dili kimi istifadə olunur, xarici kəlmələrlə dolu olur”. 

Prezident bildirib ki, dilimizi qorumasaq, dilimizi təmiz, saf saxlamasaq, onda yavaş-yavaş dilimizi itirə bilərik:

“Hər bir millət, hər bir xalq üçün onun Ana dili onun milli mənsubiyyətinin əsas amilidir və bu istiqamətdə bütün ictimai fəallar, bütün ictimaiyyət bir nöqtəyə vurmalıdır. Bizim dilimiz qədimdir. Yenə də deyirəm, 50 milyondan çox insan üçün Ana dilidir, çox zəngindir və xarici kəlmələrə ehtiyac da yoxdur. 

Düzdür, beynəlxalq leksikon var və hər birimiz bu leksikondan istifadə edirik. Amma əgər Azərbaycan dilində əzəli bir kəlmə varsa, başqa dildən kəlməni gətirib əvəzləmək nə məqsəd daşıyır? Bu, ya səhvdir, ya təxribatdır. Hər ikisi də qəbuledilməzdir”. 

Ölkə başçısı bildirib ki, Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır:

“Yəni, dövlət, alimlər, dilçilər, yazıçılar, şairlər, jurnalistlər, siyasətlə məşğul olanlar bu məsələyə çox böyük diqqət verməlidirlər. Yenə də deyirəm, 10 il bundan əvvəl mən bu məsələni qaldırmışdım. Çünki bu, məni narahat edirdi. On il ərzində lazımi tədbirlər görüldü ki, biz dilimizi kənar kəlmələrdən qoruya bilək. 

Amma yenə də oradan-buradan eşidirəm, – həm televiziyalarda, həm yazılı mediada, həm bəzi insanların çıxışlarında, – buna heç bir gərək yoxdur. Yəni biz xalq kimi, millət kimi öz dilimizi qorumasaq, onda yavaş-yavaş bizim milli kimliyimiz də sarsıla bilər. 

Əminəm ki, mənim sözlərim hər kəsə çatacaq və özüm də daim bu məsələ ilə bağlı məşğul olacağam, izləyəcəyəm, lazımi tədbirlər görəcəyəm. Azərbaycan alimlərindən də bax, bu məsələyə də öz münasibətini və dəstəyini göstərmək çağırışını edirəm”. 

Ölkə başçısının Azərbaycan dilinin qorunması istiqamətində fikirləri ziyalılar tərəfindən də müsbət qiymətləndirilir. Filologiya elmləri doktoru, dilçi alim Elçin İbrahimov  bildirib ki, ölkə başçısı da qeyd etdiyi kimi, Azərbaycanda dilimizin qorunması istiqamətində bir sıra sərəncamlar da olub:

 

““Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam, “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Prezidentin Fərmanını buna misal göstərmək olar.

Ümumiyyətlə, dillə bağlı dövlətin hər zaman siyasəti olub. Dilin saflığının qorunması dövlətin prioritet istiqamətlərindən biridir. Bir müddət öncə belə bir məlumat yayılmışdı ki, əcnəbi, alınma sözləri istifadə edənlər cərimələnəcəklər. Bu, cəmiyyətdə ciddi bir rezonans yaratdı. Bunun necə tənzimlənəcəyi, Azərbaycan dilinin qaydalarını pozanları kimin və necə cərimələcəyi rezonans yaratmışdı. 

Bu şəkildə tənzimləmələrlə dili qorumaq olmaz. Dilin tənzimlənməsi üçün gərək vətəndaşın özünün fərdi məsuliyyəti olsun. Əgər bu gün Azərbaycan dilinin qaydaları varsa, o qaydalar çərçivəsində danışmalıyıq. Biz gərək dilimizi ciddi şəkildə qoruyaq. Əgər ölkə başçısı bu gün dilimizin qorunması ilə bağlı bir çağırış edibsə, elm adamları da buna dəstək verməlidir, biz buna diqqətlə yanaşmalıyıq”. 

Həmsöhbətimiz bildirib ki, dövlət öz üzərinə düşəni edir:

“Bu gün elm adamları, alimlər, universitet müəllimlərinin üzərinə çox iş düşür. Dilin qorunmasına orta məktəbdən başlamalıyıq, Azərbaycan dilində səlis danışmaq, qaydalardan düzgün istifadə etmək lazımdır. 

Mənim şəxsi yanaşmam da var ki, dildən daha çox istifadə etmək üçün mütaliəni də inkişaf etdirmək lazımdır. Çox sayda Azərbaycan dilli klassiklərin əsərlərini, ümumiyyətlə, kitabları çox oxumalıyıq. 

Dilimiz yalnız düzgün danışmaqdan ibarət deyil, onun düzgün yazılma tərəfləri, orfoepiya, orfoqrafiyası, qrammatik normaları da var. Bunlara da tabe olmalıyıq. Cəmiyyətin hər bir təbəqəsinin burada bir öhdəliyi var. Amma elm adamları, xüsusilə də orta məktəb müəllimlərinin daha çox öhdəliyi var. 

Çünki ilk yazını, ilk sözləri məktəbdə öyrənirik. Hamı ali təhsil almır, ancaq dildən hamı istifadə edir. Ona görə də mətbuat orqanları, sosial şəbəkələr, televiziyada çalışan jurnalistlərimizin çıxışları mükəmməl olmalıdır. 

Çünki ucqar dağ kəndində yaşayan insanlarımız belə, televiziyanın qarşısında əyləşir, orada alınma, loru sözlər, bayağı ifadələrdən çox istifadə olunmamalıdır. Azərbaycan ədəbi dilinin qaydalarını səlis bilən, onu düzgün istifadə edən insanlar efirdə çıxış etməlidirlər ki, bu çıxışlar ona qulaq asanların nitqinin formalaşmasına təsir etsin”. (Cebheinfo)

Loading

Visited 12 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: “Mehdiyevin həyat yoldaşı Bakıda erməni təşkilatı yaratmışdı”: Əvəz Zeynallıdan sensasion iddia – VİDEO
Next: Bakıda qız burun əməliyyatından sonra komaya düşdü – FOTO

OXŞAR MÖVZULAR

eb559d92-784a-4a36-8c10-29f33f974a42

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib

admin 23 Aprel 2026
ffec7384-3a3e-439c-b271-c278aa270a3e

Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir”

admin 23 Aprel 2026
df5392e7-b5ac-498c-935e-9eef89db6bea

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

admin 23 Aprel 2026

XƏBƏR LENTİ

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib eb559d92-784a-4a36-8c10-29f33f974a42

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib

23 Aprel 2026
Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir” ffec7384-3a3e-439c-b271-c278aa270a3e

Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir”

23 Aprel 2026
Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir” df5392e7-b5ac-498c-935e-9eef89db6bea

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

23 Aprel 2026
Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb 02de5cd8-6ed8-4cec-b8b4-39fc322a71df

Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb

23 Aprel 2026
TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər bleZJUTrdVDCIT1832V88VVMBDJFdKomzDnJJw46_1200

TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər

23 Aprel 2026
Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub kxucwe2HQecOL5lfcWkwaamBq9fQWFtI4lP0VCZA_1200

Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub

23 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.