PAYLAŞIN:

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının (OTG) 12-ci Zirvə Görüşündə iştirak etmək üçün 6-7 oktyabr 2025-ci il tarixlərində Azərbaycana səfər edəcək.

Paraqraf.com xəbər verir ki, bu barədə informasiyanı qazax mətbuatı yazıb.

“Prezident İlham Əliyevin dəvəti ilə dövlət başçısı Qasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə iştirak etmək üçün oktyabrın 6-7-də Azərbaycana səfər edəcək”, – rəsmi məlumatda deyilir.

Türkanə Səfərova, Paraqraf.com

Loading