Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/ÖZƏL/Həkim adı altında fəaliyyət göstərən şəxsləri hansı cəzalar gözləyir? – Vəkildən AÇIQLAMA…
ÖZƏLMANŞET

Həkim adı altında fəaliyyət göstərən şəxsləri hansı cəzalar gözləyir? – Vəkildən AÇIQLAMA…

03 Oktyabr 2025 2 Min Read
PAYLAŞIN:

Saxta həkim olduğu deyilən “Uğur-777” estetik klinikasında etdiyi estetik əməliyyat zamanı qeyri-etik görüntüləri yayılan Gülbadə Abdullayevanın yenidən fəaliyyətə başlamasına dair iddialar yayılıb.

Sosial şəbəkələrdə “Dr. Gülü” kimi tanınan Gülbadə Abdullayevanın məlum hadisələrdən sonra indi də “Dost” estetik mərkəzində çalışdığı haqda video kadrlar yayılıb.

G. Abdullayeva özü də bunu təsdiqləyib, lakin hələ ki cərrah kimi fəaliyyətə başlamadığını bildirib.

Qeyd edək ki, o əvvəllər saç ustası olduğu haqda da sosial şəbəkədə iddialar yayılmışdı.

Mövzu ilə bağlı vəkillər Kollegiyasının üzvü, De Fendo Vəkil Bürosunun vəkili Mədinə Leqayeva Paraqraf.com-a açıqlamasında bildirib ki, bu kimi hallar son vaxtlar kütləvi hal alınıb, həkimin fəaliyyəti ilə bağlı aidiyyəti orqanlar tərəfindən araşdırma aparmalıdır:

“Həmçinin klinikaya işə girən həkimin hansı sənədlər əsasında bu işi icra etməyə səlahiyyətli olması klinika tərəfindən cəmiyyətə açıq bildirilməlidir. Çünki bu kommersiya sirri deyil, həkim adı altında hansısa bir kursu bitirən şəxs insanların həyatı ilə oynaya bilməz və həkimlik peşəsi də bu qədər ucuz başa gələn bir peşə deyil hər kursu bitirən özünü “dr” filankəs kimi cəmiyyətə təqdim etsin”.

Vəkil qeyd edib ki, qanunvericilikdə bu kimi hallar ilə bağlı araşdırma aparılan orqanın gəldiyi nəticəyə uyğun cinayət məsuliyyəti nəzərdə tutulub:

“Çünki şəxsin həkim diplomun olub-olmaması barədə bizdə məlumat tam olmadığına görə ilkin olaraq hissə araşdırılır. Əgər heç bir diplomu və lisenziyası olmadan həkim adı altında işləməsi halı aşkar edildiyi təqdirdə həmin həkim barəsində dələduzluq faktı ilə, yəni etibardan sui-istifadə etmə əsası ilə cinayət işi başlana bilər”.

Kəmalə Vəliyeva
Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Tokayev Azərbaycana səfər edir

Next

Üzeyir Mustafayev: “ABŞ Prezidenti dünyada davam edən münaqişələri bitirməyi və bununla da, Nobel Sülh Mükafatı almağı hədəfləyir”

Copyright 2026— Praqraf.com. All rights reserved