Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İQTİSADİYYAT/AZTURK Holding prezidenti Güləli Bağırov Naxçıvanda iqtisadiyyat naziri Kazım Hüseynəliyevlə görüşüb
İQTİSADİYYATMANŞET

AZTURK Holding prezidenti Güləli Bağırov Naxçıvanda iqtisadiyyat naziri Kazım Hüseynəliyevlə görüşüb

20 İyul 2026 1 Min Read
PAYLAŞIN:

NAXÇIVAN – AZTURK Holding-in prezidenti Güləli Bağırov Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Yaşar oğlu Hüseynəliyev ilə rəsmi görüş keçirib. Səmimi və işgüzar şəraitdə baş tutan görüşdə Naxçıvanın iqtisadi inkişaf perspektivləri, investisiya imkanları və qarşılıqlı əməkdaşlığın genişləndirilməsi istiqamətində həyata keçirilməsi planlaşdırılan layihələr müzakirə olunub.

Görüş zamanı sənaye, tikinti, turizm, kənd təsərrüfatı, logistika və digər prioritet sahələrdə əməkdaşlıq imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb. Xüsusilə regiona yerli və xarici investisiyaların cəlb olunması, yeni istehsal və xidmət sahələrinin yaradılması, məşğulluğun artırılması və sahibkarlığın inkişafı istiqamətində birgə fəaliyyət perspektivləri dəyərləndirilib.

AZTURK Holding-in prezidenti Güləli Bağırov rəhbərlik etdiyi şirkətin Naxçıvanda uzunmüddətli investisiya layihələrinin həyata keçirilməsində maraqlı olduğunu bildirib. O vurğulayıb ki, reallaşdırılması nəzərdə tutulan layihələr regionun sosial-iqtisadi inkişafına, yeni iş yerlərinin açılmasına və müasir biznes mühitinin formalaşmasına mühüm töhfə verə bilər.

İqtisadiyyat naziri Kazım Yaşar oğlu Hüseynəliyev isə Naxçıvanda sahibkarlığın inkişafı üçün yaradılan əlverişli investisiya mühiti, dövlət dəstəyi mexanizmləri və iqtisadi islahatlar barədə ətraflı məlumat verib. Nazir qarşılıqlı əməkdaşlığın regionun inkişafına müsbət təsir göstərəcəyini və perspektivli layihələrin həyata keçirilməsi üçün bütün imkanların nəzərdən keçiriləcəyini qeyd edib.

Görüşün sonunda tərəflər qarşılıqlı əməkdaşlığın davam etdirilməsi, müvafiq istiqamətlər üzrə işçi görüşlərinin təşkili və gələcək investisiya layihələrinin həyata keçirilməsi ilə bağlı razılığa gəliblər.

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

“Shadowing” texnikası: Azərbaycan müəlliminin beynəlxalq arenaya açılan yolu

Copyright 2026— Praqraf.com. All rights reserved