Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/ARAŞDIRMA/“Peşə təmayüllü siniflər gənclərin uğurlu gələcəyinin təməlidir”
ARAŞDIRMAÖZƏL

“Peşə təmayüllü siniflər gənclərin uğurlu gələcəyinin təməlidir”

07 İyun 2026 2 Min Read
PAYLAŞIN:

Xaçmaz rayonu Şəmsəddin Sədiyev adına Qımılqışlaq kənd tam orta ümumtəhsil məktəbinin X və XI peşə təmayüllü sinif şagirdləri nəzəri və praktik imtahanlardan uğurla keçiblər. Bu uğur şagirdlərin il ərzində qazandıqları bilik və bacarıqların göstəricisi olmaqla yanaşı, onların gələcək peşə həyatına hazırlıqlı şəkildə addım atdıqlarını nümayiş etdirir.

Tədris ili ərzində şagirdlər müxtəlif peşə istiqamətləri üzrə həm nəzəri biliklərə yiyələnib, həm də praktik bacarıqlar əldə ediblər. Peşə təmayüllü siniflər şagirdlərdə əmək vərdişlərinin formalaşmasına, məsuliyyət hissinin artmasına, peşəyə marağın və həvəsin yaranmasına mühüm töhfə verir. Gənclərin hər hansı bir peşəyə yönləndirilməsi, onların bacarıqlarının üzə çıxarılması və stimullaşdırılması bu gün xüsusilə vacib məsələlərdən biridir.

Hər bir şagird öz peşəsində bacarıq nümayiş etdirdikcə daha da həvəslənir, özünəinam qazanır və gələcəyə daha böyük inamla baxır. Unutmamalıyıq ki, peşə sahibi olan gənc cəmiyyət üçün böyük sərvətdir. Bacarıqlı, işgüzar və peşəkar gənclərin yetişməsi bir ordunun formalaşmasına bərabərdir.

Peşə təmayüllü siniflərdə təhsil alan şagirdlər yalnız dərs otaqları ilə kifayətlənmirlər. Onlar praktik məşğələlərdə, təcrübə səfərlərində, müxtəlif tədbirlərin təşkilində, yarışlarda, satış sərgilərində iştirak edir, idarə və müəssisələrə ekskursiyalar zamanı iş mühiti ilə yaxından tanış olurlar. Şagirdlərin rəhbərlik və əməkdaşlarla görüşləri, onların iş prosesini canlı şəkildə izləmələri gələcək peşələrinə olan marağı daha da artırır.

Digər tərəfdən, peşə təmayüllü siniflər gənclərin asudə vaxtlarının səmərəli təşkilinə kömək edir, onları zərərli vərdişlərdən uzaq saxlayır və sağlam düşüncəli, məqsədyönlü fərd kimi formalaşdırır. X və XI sinif şagirdlərinin inkişafında bu istiqamət mühüm rol oynayır və onların cəmiyyətə faydalı şəxs kimi yetişməsini sürətləndirir.

Biz müəllimlər olaraq çalışmalıyıq ki, hər bir şagirdin peşə sahibi olması, müəyyən sənət və bacarıqlara yiyələnməsi üçün əlimizdən gələni edək. Çünki hər bir müəllimin uğuru onun şagirdinin qazandığı uğurda, seçdiyi peşədə əldə etdiyi nailiyyətdə öz əksini tapır.

Bu baxımdan məktəblərdə peşə və peşə təmayüllü siniflərə marağın daha da artırılması, bu sahənin geniş təbliği və dəstəklənməsi gələcəyimizin təminatı olan gənclərin uğurlu inkişafına xidmət edəcəkdir.

Millətimizin, yurdumuz Azərbaycanın inkişafını görmək istəyiriksə, hər bir şagirdə dəstək olmalı, onların öz peşəsinin peşəkarı olması üçün əlimizdən gələni etməliyik. Müəllim və valideyn birgə əməkdaşlıq edərək şagirdləri zərərli vərdişlərdən uzaq tutmalı, düzgün yola istiqamətləndirməlidir. Çünki bu gün yetişən hər bir bacarıqlı şagird sabah Azərbaycanın inkişafına töhfə verən layiqli vətəndaşdır.

Elçin Ağasıyev
Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

“Təhsil haqqındakı kəskin artım ikinci ali təhsilə çıxışı çətinləşdirə bilər” – Ekspert

Next

11-ci sinfi bitirməyən 20 min şagird: Ekspert səbəbləri açıqladı

Copyright 2026— Praqraf.com. All rights reserved