20 Okt 2026, Ça

Rəşid Məmmədəliyev və Südabə Ağayeva “Böyük Dəbilqə” turnirində mübarizəyə başlayır

PAYLAŞIN:

Azərbaycanın iki cüdoçusu Qazaxıstanın paytaxtı Astanada keçirilən “Böyük Dəbilqə” turnirində bu gün mübarizəyə qoşulacaq.

Paraqraf.com-un məlumatına görə, 1/8 finalda Rəşid Məmmədəliyev (73 kq) Yersultan Duysenxan (Qazaxıstan) / Arun Kumar (Hindistan) cütünün qalibi ilə üz-üzə gələcək.

70 kq çəki dərəcəsində yarışan Südabə Ağayeva isə sözügedən mərhələdə almaniyalı Miriam Butkereytlə münasibətlərə aydınlıq gətirəcək.

Xatırladaq ki, “Böyük Dəbilqə” turniri mayın 10-da başa çatacaq.

 

Paraqraf.com 

Loading