İsrail Müdafiə Qüvvələri (IDF) son sutka ərzində Livanın cənubunda “Hizbullah” qruplaşmasının 85-dən çox obyektinə, o cümlədən yeraltı silah anbarına zərbələr endirib.
Paraqraf.com xəbər verir ki, bu barədə “The Times of Israel” nəşri yazıb.
Hərbçilərin məlumatına görə, Livanın cənubundakı hədəflər arasında silah anbarları, raket qurğuları və “Hizbullah”ın hücumların hazırlanmasında istifadə etdiyi binalar olub.
IDF-in məlumatına görə, Livanın cənubuna yerləşdirilmiş İsrail hərbçilərinə hücum planlaşdıran qruplaşma üzvlərinə də zərbələr endirilib.
Paraqraf.com
![]()
Visited 1 times, 1 visit(s) today
