Rusiya Müdafiə Nazirliyi Ukraynanı qələbə günü münasibətilə elan edilmiş atəşkəsi pozmaqda ittiham edib və Ukrayna Silahlı Qüvvələrinin zərbələrinin cavabsız qalmayacağını bəyan edib.
Paraqraf.com xəbər verir ki, bu barədə Rusiya mediası nazirliyin açıqlamasına istinadən məlumat yayıb.
“Atəşkəs rejiminin elan edilməsinə baxmayaraq, Ukrayna silahlı birləşmələri qoşunlarımızın mövqelərinə, həmçinin Belqorod və Kursk vilayətlərinin sərhədyanı rayonlarındakı mülki obyektlərə PUA və artilleriya zərbələri endirməyə davam ediblər”, – açıqlamada deyilir.
Nazirliyin məlumatına görə, ümumilikdə atəşkəs rejimi 1 365 dəfə pozulub.
“Bu şəraitdə Rusiya Federasiyasının Silahlı Qüvvələri atəşkəsin pozulmasına analoji reaksiya verib. Reaktiv yaylım atəş sistemləri, artilleriya və minaatanların atəş mövqelərinə cavab zərbələri endirilib. İdarəetmə məntəqələri və PUA buraxılış yerləri məhv edilib”, – Rusiya Müdafiə Nazirliyinin açıqlamasında qeyd olunub.
Paraqraf.com
![]()
