Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/Ekspert: “Bu il bəzi ixtisaslarda keçid ballarının enməsi gözlənilir”
MANŞETÖZƏL

Ekspert: “Bu il bəzi ixtisaslarda keçid ballarının enməsi gözlənilir”

08 May 2026 2 Min Read
PAYLAŞIN:

Bu il ali təhsil müəssisələrinə plan yerlərinin ötənilki səviyyədə olacağı gözlənilir.

Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə “Asan TV”nin efirində deyib.

Onun sözlərinə görə, plan yerləri hələ tam dəqiqləşməyib:

“Ötən il 60 minə yaxın plan yerinin 28 mini dövlət sifarişli idi. Bu il də ali təhsil müəssisələri üzrə plan yerlərinin ötənilki səviyyədə olacağı gözlənilir”.

Təhsil eksperti Sevinc Purkeştasib “Paraqraf.com”a bildirib ki, plan yerlərinin ötənilki səviyyədə saxlanılması qəbul prosesində rəqabətin yenə yüksək olacağını göstərir:

“DİM sədri Məleykə xanımın açıqlamasına əsasən, ali təhsil müəssisələrində plan yerlərinin sayında ciddi dəyişiklik gözlənilmir. Bu isə abituriyentlər üçün mühüm mesajdır. Ötən il 60 min plan yerinin ayrılması və həmin yerlərin 28 mininin dövlət sifarişli olması minlərlə gəncə universitetə qəbul imkanı yaratdı. Bu il də eyni göstəricinin qorunması qəbul sistemində sabitliyin davam etdiyini göstərir. Lakin abituriyentlərin işi yenə də asan olmayacaq. Çünki plan yerlərinin dəyişməməsi fonunda əsas müəyyənedici amil iştirakçı sayı və imtahan nəticələri olacaq”.

Ekspert əlavə edib ki, yüksək nəticə göstərənlərin sayı çox olarsa, bəzi reytinqli ixtisaslarda keçid balları arta bilər:

“Xüsusilə “Tibb”, “Hüquq”, “İnformasiya texnologiyaları”, “Data analitikası” və “Beynəlxalq münasibətlər” kimi ixtisaslarda ciddi rəqabətin olacağı gözlənilir.

Eyni zamanda, imtahanların çətin keçməsi bəzi ixtisaslarda keçid ballarının enməsinə səbəb ola bilər. Bir müddət əvvəl buraxılış imtahanlarının nəticələri elan olundu və ötən illə müqayisədə yüksək bal toplayanların sayında azalma müşahidə edildi. Bu da imtahanların əvvəlki illərlə müqayisədə daha çətin olduğunu göstərir”.

Ekspertin sözlərinə görə, abituriyentlər blok imtahanında yüksək nəticə göstərsələr belə, ümumi mənzərədə keçid ballarının enmə ehtimalı daha yüksək görünür:

“Çünki buraxılış imtahanlarının nəticələri aşağıdır. Bu il qəbul prosesində əsas rol yenə də abituriyentlərin hazırlıq səviyyəsindən asılı olacaq”.

 

Kəmalə Vəliyeva
Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

“Bir ocaqda iki şairin işığı” gecəsində Tünzalə Ağayeva çıxışı ilə diqqət çəkib

Next

UEFA Konfrans Liqasında yarımfinal mərhələsinə yekun vurulub

Copyright 2026— Praqraf.com. All rights reserved