20 Okt 2026, Ça

Çində zavodda partlayış nəticəsində ölənlərin sayı 37-yə çatıb

PAYLAŞIN:

Hunan əyalətində (Mərkəzi Çin) fişəng istehsalı zavodunda partlayış nəticəsində ölənlərin sayı 37-yə çatıb.

Paraqraf.com xəbər verir ki, bu barədə Xinhua agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Bundan başqa, bir nəfər itkin düşmüş hesab olunur, 51 nəfər yaralanıb. Hadisə yerində axtarış-xilasetmə işləri əsasən başa çatıb.

Partlayış bazar ertəsi fişəng istehsalı ilə məşğul olan “Huasheng” müəssisəsinin sexində baş verib.

 

Paraqraf.com 

Loading