20 Okt 2026, Ça

Azərbaycan Premyer Liqasında XXXI tur bu gün başlayır

PAYLAŞIN:

Misli Premyer Liqasında XXXI tura bu gün start veriləcək.

Paraqraf.com-un məlumatına görə, birinci oyun günündə iki matç keçiriləcək.

Turun açılış matçında “İmişli” “Zirə”ni qəbul edəcək. Qarşılaşma Quba Olimpiya İdman Kompleksində, saat 16:30-da başlayacaq.

Günün ikinci görüşündə çempionluğunu rəsmiləşdirən “Sabah” “Kəpəz”i sınağa çəkəcək. “Bank Respublika Arena”dakı oyuna saat 19:30-da start veriləcək.

Xatırladaq ki, Azərbaycan Premyer Liqasında tura mayın 10-da yekun vurulacaq.

 

Paraqraf.com 

Loading