20 Okt 2026, Ça

UEFA Konfrans Liqasında yarımfinal mərhələsi başlayır

PAYLAŞIN:

UEFA Konfrans Liqasında yarımfinal mərhələsinin ilk oyunları bu gün keçiriləcək.

Paraqraf.com-un məlumatına görə, matçlardan biri İspaniyada, digəri Polşada baş tutacaq.

“Rayo Valyekano” İspaniyada Fransanın “Strasburq” komandası ilə üz-üzə gələcək.

Ukraynanın “Şaxtyor” klubu isə Polşada İngiltərənin “Kristal Pelas” kollektivinin müqavimətini qırmağa çalışacaq.

Xatırladaq ki, raundun cavab görüşləri mayın 7-də baş tutacaq.

 

Paraqraf.com 

Loading