20 Okt 2026, Ça

SOCAR-ın Qaz İxrac İdarəsi qeyri-neft ixracından gəlirini 22 %-ə yaxın artırıb

PAYLAŞIN:

Bu ilin yanvar-mart aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsi 2,8 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsul ixrac edib.

Paraqraf.com-un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın aprel sayında bildirilir.

Hesabata əsasən, bu, 2025-ci ilin 3 ayı ilə müqayisədə 0,5 milyon ABŞ dolları və ya 21,7 % çoxdur.

Ötən 3 ayda Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracı əvvəlki ilin eyni dövrünə nisbətən 11,7 % artaraq 862 milyon ABŞ dolları təşkil edib.

 

Paraqraf.com 

Loading