Misli Premyer Liqasının XXI turunda təxirə salınmış “Neftçi” – “Qarabağ” oyunu bu gün keçiriləcək.
Paraqraf.com-un məlumatına görə, matç “Palms Sports Arena”da, saat 20:00-da start götürəcək.
Qarşılaşmanın baş hakimi Kamranbəy Rəhimov olacaq.
Ağdam təmsilçisi çempionatda 59 xalla ikinci, Bakı klubu 44 xalla beşinci pillədə qərarlaşıb.
Xatırladaq ki, aprelin 26-da, XXIX turun oyununda “Qarabağ” rəqibini 5:1 hesabı ilə üstələyib.
Paraqraf.com
![]()
Visited 1 times, 1 visit(s) today
