20 Okt 2026, Ça

Xaçmazda iki avtomobil toqquşub, sürücülər ölüb

PAYLAŞIN:

Xaçmazda ölümlə nəticələnən yol qəzası baş verib.

Paraqraf.com-un məlumatına görə, rayonun Yalama kəndi ərazisində “VAZ-21010” və “KİA” markalı minik avtomobilləri toqquşub.

Qəza zamanı hər iki avtomobilin sürücüləri, Xaçmaz rayon sakinləri – Hidayətov İsrafil Şahbaz oğlu və Mirzəquliyev Orxan Rüfət oğlu hadisə yerində ölüblər.

Faktla bağlı araşdırma aparılır.

 

Paraqraf.com 

Loading